Şəkidə ağır QƏZA


Bir qardaş öldü, digəri xəstəxanaya yerləşdirildi
Yanvarın 12-də saat 16 radələrində Şəki rayonunun Daşüz kəndi ərazisində Qax rayon sakini R.Məcidov idarə etdiyi “Mercedes” markalı avtomobili körpüdən dərəyə aşırıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nəticədə sərnişini olan qardaşı Kənan hadisə yerində ölüb, özü və digər sərnişini müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, hər iki qardaş hərbçi olub.
Xəbər lenti

Qarabağda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi işə başlayır
"Birgə Monitorinq Mərkəzinin heyəti atəşkəsə PUA vasitəsilə nəzarəti yerinə yetirəcək"