Tovuzda şəhid ailəsinə qarşı dələduzluq edən şəxs SAXLANILDI

15:47 13-01-2021 | icon 33 | Hadisə
Tovuzda şəhid ailəsinə qarşı dələduzluq edən şəxs SAXLANILDI

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Tovuz rayonunda vətəndaşların etimadından sui-istifadə etməklə dələduzluq yolu ilə onu işə düzəltmək adı altında aldadan və maddi vəsaitini ələ keçirən şəxs saxlanılıb.

 

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının rayon sakinindən daxil olan müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini, 45 yaşlı Mahal Qurbanov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, M.Qurbanov ötən ilin fevral ayında həmkəndlisini işlə təmin edəcəyinə söz verərək, onu dələduzluq yolu ilə aldadıb və həmin şəxsdən 2400 manat pul alıb.

 

Bundan başqa saxlanılan şəxs 2020-ci ilin may ayında Vətənin müdafiəsi uğrunda şəhid olmuş hərbi qulluqçunun ailəsi ilə əlaqə saxlayıb, onun valideynlərindən şəhidin sosial sığortası üçün ayrılmış vəsaiti nağdlaşdırmaq üçün 10 000 manat pul tələb etdiyini bildirib və beləliklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib.

 

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, “102” Zəng Mərkəzinə, Tovuz Rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

Qəhrəmanımızı tanıyaq

İqbal Ağazadədən Putinə: Ya yaxşı qonşu olun, ya gedin!

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

Polad Həşimovun adı küçəyə verildi

"Bunun nəticələri Azərbaycanın xeyrinədir"

"Azərbaycan öz milli maraqlarını sonacan müdafiə etdi" - VİDEO

Tarix olan qəhrəman igidlərimizdən biri - BƏHRUZ ƏLİYEV

Xuraman Qasımova: “Prezidentin Şuşa səfərini izləyəndə ağladım”

"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

Region dövlətlərinin geosiyasi maraqları - MÜSAHİBƏ

"Qarabağda ermənilərlə birgə yaşamaq üçün vaxt lazımdır"

Azərbaycana qarşı siyasət sərtləşəcəkmi?

“Pielonefrit insanların bütün yaş qruplarında tez-tez təsadüf edilən XƏSTƏLİKLƏRDƏNDİR