Polad Həşimovun adı küçəyə verildi


Quba şəhərinin adsız küçələrindən birinə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı verilib.
Versus.Az xəbər verir ki, şəhid general-mayorun adını bildirən lövhə artıq həmin küçəyə vurulub.
Qeyd edək ki, General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Ona 9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adı verilib.
Xəbər lenti

Qənirə Paşayeva “Qarabağ” Ordenli şəhid mayorun xanımı ilə görüşüb
Xanıma Komitə adından Məktub, üzərinə “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib