“28 ildən sonra bayrağımızı Şuşada dalğalandırdıq”

23:14 13-01-2021 | icon 62 | Şəhidlər və şahidlər
“28 ildən sonra bayrağımızı Şuşada dalğalandırdıq”

İbrahimli Mütəllim Əli oğlu 1999-cu il iyulun 9-da Naxçıvan şəhər Şahbuz rayon, aşağı Qışlaq kəndində dünyaya göz açıb. Təhsilini və hərbi xidmətini başa vurduqdan sonra, 2020-ci ildə xüsusi təyinatda qumbaraatan vəzifəsində işə başlayıb.

 

Versus.Az 44 günlük Vətən Müharibəsinin daha bir qəhrəmanının döyüş yolundan bəhs edəcək:

 

Keçdiyi qanlı-qadalı döyüşlərdən danışan igidimiz söhbət zamanı İkinci Qarabağ Müharibəsində iştirak etməkdən qürur duyduğunu dilə gətirib:

 

“Oktyabr ayının 8-də bizə müharibəyə gedəcəyimizi xəbər verəndə çox sevindik. Bu, bizim üçün şad xəbər idi. Sevinirdik ki, 30-ilə yaxındır Ermənistanın işğalında olan torpaqlarımızı azad edəcəyik.

Hazırlıqlara başladıq. Həmin günü hava limanından qalxdıq. Günün ikinci yarısı Beyləqanda bizi müharibənin şərtləri ilə tanış etdilər. Səhərsi gün isə Cəbrayıla yola düşdük”...

 

Mütəllim İbrahimli danışır ki, oktyabrın 9-da ordumuz Cəbrayılı tamamən ermənilərdən təmizləyib, biraz da irəli getmişdi. Daha sonra maşınlarla Hadrut yaxınlığındakı kənd, oradan da yüksəkliyə qalxıblar:

 

“Ordumuzun ermənilərdən təmizlədiyi kənddə iki gün qalıb oranın mühafizəsini təşkil etdik. Sonra Hadruta getməklə bağlı göstəriş verildi. Piyada üç kənd keçərək Hadruta getdik. Bizi orada təhlükə gözləmədi çünki, ermənilər arxaya çəkilmişdilər. Bir dəfə yüksəkliklərdən birini tutmaqla bağlı birinci tapşırığımıza gedəndə ermənilər bizi pusquya salacaqdılar. Amma biz onları gördük və hücuma keçdik, istədiyimiz yüksəkliyi ələ keçirdik. Yüksəkliyin üç tərəfi erməni idi, heç yana tərpənə bilmirdik. Yüngül yaralılarımız da var idi. Buna baxmayaraq, dörd gün dözüm göstərib oranı qoruduq”.

 

Mütəllim İbrahimli danışdıqca fikrimdə döyüş meydanı açılır, əsgərlər hücuma keçir, ətrafda bombalar partlayır – film kimi yəni. Bu döyüşləri canlı yaşamış Mütəllim danışmağa davamedir:

 

“...Biz ikinci bir tapşırığı aldıq – ermənilərin yeni hazırlanmış minamyot mövqeləri aşkar edilmişdi və biz o mövqelərə hücum edərək oranı da nəzarətimizə aldıq. Yorulmuşduq, könüllülər bizi əvəzləməyə gəlmişdilər. Qayıdanda bizi yolda minamyot yağışına tutdular. Hərə bir yana dağıldı. Həmin vaxt dörd yaralı, üç şəhidimiz oldu. Şəhidlərdən ikisi naxçıvanlı, biri isə bakılı idi. Biz onları da götürüb təxliyə yerinə qədər piyada gətirdik.Yaralıları və şəhidləri təxliyə elədik”.

 

Həmsöhbətim danışır ki, daha sonra dəstə Füzuli rayonundakı döyüşlərə qoşulub. Orada da xeyli yaralı və şəhidimiz olub:

 

“Oranı da işğaldan azad etdik. Kəndləri ala-ala, yüksəkliklərdə mühafizə edə-edə irəli gedirdik. Qalmağa nə bir yer, nə də çadırımız var idi. Torpaqda yatıb, torpaqda qalxırdıq. Hərdən yağış, dolu yağırdı. Amma bu çətinliklər bizə irəli getməyə, düşməni geri oturtmağa mane olmurdu. Növbəti gün yolumuz Şuşaya idi. Daşaltıyadək gedib yüksəkliyə çıxdıq və Şuşaya girmək əmrini gözlədik. Laçın dəhlizi oradan boydan-boya görsənirdi. Mülki ermənilər Şuşanı tərk edirdi. Bizə İRƏLİ! əmri gələndə hərəkətə başladıq. Biz irəlilədikcə, arxadan gələn dəstə yüksəklikləri tutur, bizi mühafizə edirdilər”.

 

Mütəllim İbrahimli deyir ki, Şuşaya çatanda hələ ermənilərin bundan xəbəri olmayıb. Əsgərlərimiz Şuşanın əsas girişindən şəhərə daxil olub atəş açandan sonra xəbər tutublar ki, Azərbaycan Ordusu Şuşadadır:

 

“Dəhşətli, sözlə ifadə edilmiyəcək döyüş getdi. Ordumuzun gözünə heç nə görünmürdü. Bir məqsədimiz vardı – Şuşanı ermənilərdən azad etmək! Və düz 28 ildən sonra bayrağımızı Şuşada dalğalandırdıq”.

 

Qeyd edək ki, Mütəllim İbrahimli “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

 

 

Həsənzadə İbrahim
/Xırdalan, 7 nömrəli məktəb/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

Qəhrəmanımızı tanıyaq

İqbal Ağazadədən Putinə: Ya yaxşı qonşu olun, ya gedin!

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

Polad Həşimovun adı küçəyə verildi

"Bunun nəticələri Azərbaycanın xeyrinədir"

"Azərbaycan öz milli maraqlarını sonacan müdafiə etdi" - VİDEO

Tarix olan qəhrəman igidlərimizdən biri - BƏHRUZ ƏLİYEV

Xuraman Qasımova: “Prezidentin Şuşa səfərini izləyəndə ağladım”

"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

Region dövlətlərinin geosiyasi maraqları - MÜSAHİBƏ

"Qarabağda ermənilərlə birgə yaşamaq üçün vaxt lazımdır"

Azərbaycana qarşı siyasət sərtləşəcəkmi?

“28 ildən sonra bayrağımızı Şuşada dalğalandırdıq”