“Oxşar açıqlamalar Bakıdan da səslənməlidir”

00:09 14-01-2021 | icon 47 | Siyasət
“Oxşar açıqlamalar Bakıdan da səslənməlidir”

Elxan Şahinoğlu: “Türkiyə Rusiyaya mesaj etdi ki, Rusiya hərbçilərinin Dağlıq Qarabağda varlığı müvəqqəti olmalıdır”

 

Yanvarın 11-də Moskvada Azərbaycan prezidenti, Rusiya və Ermənistan rəsmilərinin üçtərəfli görüşü ətrafında aparılan müzakirələr davam edir.  Proseslər Türkiyənin prosesdən kənarda qalmadığını göstərir. Belə ki, məlum görüşdən sonra Rusiya və Türkiyə prezidentlərinin telefon danışığı, aparılan müzakirələrin mövzusu qardaş ölkənin hadisələri yaxından izlədiyini bir daha göstərir.

 

Politoloq Elxan Şahinoğlu Versus.az-a şərhində Türkiyə və Rusiya prezidentlərinin telefon danışıqları ilə bağlı maraqlı nüanslara diqqət çəkib:

 

“Kremlin açıqlamasında bildirilir ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarını Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli göüş barədə məlumatlandırıb. Öz növbəsində Ərdoğan Qarabağ nizamlanması ilə bağlı səylərində Putinə dəstəyini ifadə edib, Rusiya və Türkiyənin bu məsələyə dair fəaliyyətində koordinasiyanın davam etməsinin tərəfdarı olduğunu bildirib.

Rəcəb Tayyib Ərdoğan isə özünün “Telegram” kanalında Rusiya prezidenti ilə danışıqların başqa təfərrüatlarından söz açıb.

Birincisi, Ərdoğan bildirib ki, Putinlə Qarabağda atəşkəsə nəzarət və hərbi əməliyyatlara dair Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşdırılmasını müzakirə edib. İkincisi, Ərdoğan Putinə deyib ki, Dağlıq Qarabağda sülhməramlı və müşahidə fəaliyyətinə ehtiyac olmadan birlikdə mövcudluğu təmin edəcək şərait yaradılmalıdır: “Belə olduqda inşallah, bir daha dünyaya Türkiyə-Rusiya tərəfdaşlığının konstruktiv nəticələrini göstərəcəyik”.

Dağlıq Qarabağda yaxın gələcəkdə sülhməramlılara ehtiyacın olmayacağını bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu da ifadə etmişdi”.

 

E.Şahinoğlu Rəcəb Tayyib Ərdoğan və Mövlüd Çavuşoğlunun bu sözləriylə nəyə işarə etdiyinə diqqət çəkib:

 

“Bu açıqlamalarıyla həm Ərdoğan, həm də Çavuşoğlu əslində Rusiyanın birtərəfli qaydada Dağlıq Qarabağda hərbi iştirakından rahatsız olduqlarını bildirmək istəyirlər. Digər tərəfdən, Ankara bu açıqlama ilə Moskvaya belə bir mesaj da göndərir ki, Rusiya hərbçilərinin Dağlıq Qarabağda varlığı müvəqqəti olmalıdır, 10 noyabr bəyənatına görə 5 ildən sonra bölgəni tərk etməlidirlər. Bu, Azərbaycanın da maraqlarına uyğundur. Ona görə oxşar açıqlamalar Bakıdan da səslənməlidir, yəni “bölgədə elə bir əməkdaşlıq atmosferi yaradılmalıdır ki, gələcəkdə Dağlıq Qarabağda sülhməramlılara ehtiyac olmasın”. Bu çox vacib mesaj olmalıdır. Əks halda Rusiya Dağlıq Qarabağda əbədi qalacağını zənn edəcək və Azərbaycan ərazisində “sülhməramlılar” adı altında hərbi baza yaradacaq. Bunun qarşısını alacaq açıqlamalar indidən səslənməlidir, Ərdoğanın və Çavuşoğlunun mesajlarında olduğu kimi”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

Sülhməramlıların fəaliyyətini necə qiymətləndirirsiz?

20 YANVAR - Faciə və qəhrəmanlıq tariximiz

"Azərbaycan hər an rus-erməni təxribatına hazır olmalıdır"

"ABŞ-ın demokratiya illuziyaları puç oldu" - MÜSAHİBƏ

Hafiz Hacıyevdən Ramiz Mehdiyevlə bağlı daha bir FAKT

ALDP-dən 20 Yanvar faciəsinə VİDEO-ÇARX

AĞLAMA, QƏRƏNFİLİM…

"Bu, Türkiyə-Azərbaycan hərbi müttəfiqlik müqaviləsinin bağlanmasına gətirib çıxaracaq"

"Bu, Azərbaycan üçün daha bir tarixi qələbədir"

"Azərbaycan tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək"

Gəldin, əbədi olaraq ürəklərə köçmək üçün...

Azad Rəhimov başqa xəstəxanaya KÖÇÜRÜLDÜ

Kiçik qurdun böyük fəsadları - Yoluxanlarda hansı əlamətlər ola bilər?

"Siyavuş Novruzov üzr istəməlidir"