“Azərbaycan Qarabağda qalan problemləri əsaslı şəkildə çözməsə...”

14:05 12-01-2021 | icon 7 | Siyasət
“Azərbaycan Qarabağda qalan problemləri əsaslı şəkildə çözməsə...”

Hasan Oqtay: “Türkiyə bu məsələdə Azərbaycandan qərarlı addımlar gözləyir”

 

Yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüş bölgədə sülhün təmin olunmasına yönəlik atılan mühüm addımlardan biri kimi əhəmiyyətli hesab olunur. Paralel olaraq ölkə ictimaiyyəti Azərbaycanın Qarabağ bölgəsində erməni probleminin birdəfəlik çözülməsi üçün ciddi addımların atılmasını gözləyir. Moskva görüşündə açıq masaya qoyulan mövzuların işlənməsi Qarabağda mövcud olan əsas ərazi problemlərinin həllindən sonra mümkün hesab edilir. Ölkənin ictimi-siyasi camiyəsi cəbhədə qazandığımız uğurların bölgə güclərinin diplomatik müstəvidə başlatdığı oyunlarla kölgəyə salınması cəhdlərindən narahatdır.

Azərbaycan kommunikasiya və iqtisadi-ticari əlaqələrin qurulmasından əvvəl ilk növbədə hansı məsələnin həlli üzərində dayanmalıdır və müharibədən sonra məğlub dövlətdən nə tələb olunmalıdır?

 

Versus.Az xəbər verir ki, Türkiyənin Beynəlxalq "VİZİON" Universitetinin yetkilisi, politoloq Hasan Oqtay şərhində  bildirib ki, Türkiyə bu mərhələdə prosesləri yaxından izləyir.  

 

Onun sözlərinə görə, 9 noyabr üçtərəfli atəşkəs anlaşmasından sonra sahədə qalan problemlərin müzakirəsi ilə bağlı Moskvada keçirilən üçtərəfli görüşdən əvvəl Putinin Makronla telefonla danışması, Qarabağ məsələsinin yenidən beynəlxalq platformaya daşınacağına işarədir:

 

“Azərbaycan cəbhədə qazandığı qələbəni masada itirməmək üçün yüksək diplomatik gedişlər etməli, Dağlıq Qarabağda qalan problemləri əsaslı şəkildə çözməlidir. Əgər məsələ yenidən beynəlxalq müstəvidə hüquqi bir mərhələyə girərsə, Azərbaycanda böyük bir sıxıntı ola bilər”.

 

Politoloq hesab edir ki, Moskva görüşməsi tərəflərin gözləntilərinə cavab vermədi və uzun bir diplomatik yolun qarşısını açdı:

 

“Ermənistan əsirlərin dəyişdirilməsini gerçəkləşdirərək prosesi tamamlayıb daxili problemlərin həllinə dönmək niyyətindədir.  Azərbaycan isə Dağlıq Qarabağın durumunu netləşdirmək istəyir. Ermənistan əsirləri azad olunduqdan sonra onu Qarabağda maraqlandıracaq bir məsələ qalmayacaq. Rusiya Ermənistanı masada saxlayaraq Qarabağa Donbas modelini uyğulamanın bəhanələrini axtarır. Yaxşı bilir ki, Qarabağda sülhməramlıların gücünə ehtiyac qalmazsa, Rusyanın bölgədə qalmasına ehtiyac olmayacaq.  Ona görə də, Rusiyanın Qarabağla bağlı məqsədi bəllidir. Paşinyan isə görüşdə Qarabağ probleminin öz problemi olmadığını səssizliyi ilə ortaya qoydu”.

 

H.Oqtay bildirib ki, indi əsas məsələ Rusyanın bölgədən çəkilməsi üçün lazım olan addımların danışılmasıdır. Onun fikrincə, ermənilər bunu istəməyəcək. Çünki Rusyanın daima bölgədə qalması gələcəkdə Qarabağa sahiblənməsi üçün əhəmiyyətlidir:

 

“İndi Türkiyə, Azərbaycan, Ermənistan  arasında üçtərəfli barış və normallaşma mərhələsinə başladılmalıdır”.

 

Politoloq bu prosesdə Türkiyənin kənarda saxlanılmasına diqqət çəkib:

 

“Təəssüf ki, Türkiyə bu danışıqlar prosesinin kənarında qaldı. Azərbaycan 10 noyabrda  gerçəkləşən atəşkəs anlaşmasında Türkiyə ilə bağlı bir qərarın alınmasına nail ola bilmədi. Lakin Türkiyə müəyyən məqamlardan istifadə edərək prosesin içində olmağa çalışır. Elə Türkiyə Millət Məclisi Azərbaycana əskər göndərmə qərarını, yaxın gələcəkdə bölgədə ola biləcək təhlükənin fərqində olmasından dolayı verdi”.

 

H.Oqtay bildirib ki, hazırda Putinlə Makronun Dağlıq Qarabağın huquqi statusu ilə bağlı hər hansı anlaşmaya na nail olmağa çalışdığı diqqət çəkir. Onun fikrincə, əgər bu baş verərsə, bölgədə Ermənistan dövləti Rusyanın müthiş üstünlüyü kimi önə keçə bilər:

 

“Bu risk qalır və daha çox buna diqqət çəkmək istəyirik. Azərbaycanın 44 günlük uğuru  Türk dünyasının uğurudur. Bu mənada  bu zəfər  hökumətin Qarabağa qarşı sərbəst münasibətini tənqid etmək və ya görməməzlikdən gəlmək deyil.

İndi görünən odur ki, Putin və Makrom Cənubi Qafqazda yeni bir model barədə razılığa gəldilər. Bu, yaxın və uzun müddətdə Azərbaycana qarşı özünü biruzə verəcək. Bu proses hamımızı narahat edəcəkdir”.

 

H.Oqtay bildirib ki, Türkiyə bu məsələdə Azərbaycandan qərarlı addımlar gözləyir:

 

“Üçtərəfli Moskva görüşü Türkiyə ictimaiyyəti tərəfindən tam başa düşülmədi. Tərəflər 2 aydan sonra bir araya gələndə danışılan və ya mətbuatda əks olunan məsələlər onları narahat etdi. Xüsusilə, Paşinyanın Dağlıq Qarabağ məsələsini gündəmə gətirməsi ciddi bir problemin olduğunu göstərir. Azərbaycan bu məsələ ilə bağlı bir açıqlama verməli və ya bu problemi aradan qaldırmaq üçün araşdırmalar aparmalıdır. Camaat arasında ciddi bir narahatlıq var”. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

Qəhrəmanımızı tanıyaq

İqbal Ağazadədən Putinə: Ya yaxşı qonşu olun, ya gedin!

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

Polad Həşimovun adı küçəyə verildi

"Bunun nəticələri Azərbaycanın xeyrinədir"

"Azərbaycan öz milli maraqlarını sonacan müdafiə etdi" - VİDEO

Tarix olan qəhrəman igidlərimizdən biri - BƏHRUZ ƏLİYEV

Xuraman Qasımova: “Prezidentin Şuşa səfərini izləyəndə ağladım”

"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

Region dövlətlərinin geosiyasi maraqları - MÜSAHİBƏ

"Qarabağda ermənilərlə birgə yaşamaq üçün vaxt lazımdır"

Azərbaycana qarşı siyasət sərtləşəcəkmi?

“Pielonefrit insanların bütün yaş qruplarında tez-tez təsadüf edilən XƏSTƏLİKLƏRDƏNDİR