İstanbul klubları 1/4 finalda


Yanvarın 13-də futbol üzrə Türkiyə Kubokunda səkkizdəbir final mərhələsinin daha 3 oyunu keçirilib.
Versus.az xəbər verir ki, İstanbulun "Başakşəhər" səfərdə "Tuzlaspor"un qonağı olub.
Görüş qonaqların 5:1 hesablı qələbəsi ilə bitib. Digər İstanbul təmsilçisi olan "Beşiktaş"da doğma meydanda "Rizəspor" minimal hesabla məğlub edərək dörddəbir finala vəsiqəni təmin edib.
Günün digər matçında isə "Konyaspor" öz meydanında "Qaziantep"i 2:1 hesabı ilə üstələyib.
Türkiyə kubokunun növbəti oyunları bu gün, yanvarın 14-də keçiriləcək.
Xəbər lenti

Xırdalandakı partlayışda ölən şəxsin kimliyi bilindi
Hazırda dağıntılar altından qalan uşağın axtarışları davam etdirilir