Azərbaycanın tarixi abidələrini geyim eskizlərinə köçürdü - FOTO

10:04 14-01-2021 | icon 37 | Mədəniyyət
Azərbaycanın tarixi abidələrini geyim eskizlərinə köçürdü - FOTO

Son günlər sosial şəbəkələrdə yayılan əl işləri istifadəçilər tərəfindən maraqla qarşılanıb. Söhbət Azərbaycandakı tarixi abidələrin geyim formasında çəkilən eskizlərindən gedir. Bu maraqlı əl işləri isə 16 yaşlı məktəbliyə aiddir.

 

Əl işlərin müəllifi Zümrüd Ağasıyeva modelyer olmaq istədiyini deyib:

 

 

 

“Əsasən geyimlər üzərində maraqlı dizaynlar çəkməyi sevirəm. Təbiətin, heyvanların, maraqlı tikililərin, hətta gözünüzə fərqli görünə biləcək digər məhfumların da görünüşündən ilhamlanıb, onları eskiz üzərində işləyirəm. Məncə, bu yaradıcı insanların özünəxas bir üslubudur. Qarşıya qoyduğum hədəflərim çoxdur. Məqsədim gələcəkdə uğurlu modelyer olmaqdır.

 

 

 

Arzum budur ki, gələcəkdə Azərbaycanla bağlı kolleksiya hazırlayım. Ona görə də ağlıma gəldikcə fikirlərimi eskizlər üzərinə köçürürəm. Gələcək kolleksiyamın bəzi geyimlərini indidən çəkmək qərarına gəldim. Bu rəsmlər ancaq tarixi abidələrdən yox, həm də tanınmış və Azərbaycanı təmsil edən fərqli tikililərdən ilhamlanaraq çəkilib”.

 

 

(Soldan sağa: Qız qalası, Gövhər Ağa Məscidi, Ramana qalası, Mömünə Xatun türbəsi, Şəki Xan sarayı, Gülüstan qalası, Qarabağlar türbəsi)

 

Eskizlərin qısa zamanda bu qədər maraqla qarşılanacağını və yayılacağını düşünmədiyini deyən Zümrüd Ağasıyevanın sözlərinə görə, xaricdə təhsil almağa hazırlaşır:

 

 

“Eskizlərimin belə maraq doğuracağını düşünmürdüm. Gələcəkdə İtaliyada təhsil almaq istəyirəm və buna hazırlaşıram. Hətta deyərdim ki, həyatımı da İtaliyada davam etdirməyi planlaşdırıram. Əlbəttə ki, işlərim məni məmnun edəcək səviyyəyə gəldikdə, Azərbaycanla bağlı kolleksiyalar hazırlayıb, dünyaya təqdim edəcəyəm.

 

 

Bu işlərdə anam mənə çox dəstək olur. Onun dəstəyi mənim üçün çox önəmlidir. Planlarım arasında Qarabağda şirkətimin bir filialını açmaq da var. Kiçik araşdırma etmişəm və bildiyim qədəri ilə ölkəmizdə bu sahədə gənclərə dəstək olan, moda sahəsindəki yenilikləri izləyən, istedadlı gənclərin inkişafına dəstək olan şirkət yoxdur. Sırf bu sahədə gənclərə dəstək olacaq, maarifləndirəcəl, prossesləri izləyə biləcək bir şirkət yaradacağam. Moda sahəsinə həvəsi olan gənclər üçün bunu edəcəyəm”. /oxu.az/

 

Xəbər lenti

Qənirə Paşayeva “Qarabağ” Ordenli şəhid mayorun xanımı ilə görüşüb

Xanıma Komitə adından Məktub, üzərinə “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib

“Şuşa səfəri qalibiyyətimizin və milli qürurumuzun növbəti təntənəsidir”

“Doğma, sevimli, əvəzolunmaz Şuşa!” - FOTO

Azərbaycan Kubokunun oyunlarının vaxtı açıqlandı

“Mühasirədə qaldıq, bir yolumuz var idi...” – qazi Vüsal Qasımov

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

Zəfər muzeyi və memorial kompleksin yerləşəcəyi YER

Bu futbolçu yenidən “Sumqayıt”a qayıtdı - FOTO

Zakir Həsənov pakistanlı səfiri qəbul etdi

İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə - FOTO

İlham Əliyev Şuşada dahi şəxsiyyətlərin büstlərinin açılışını keçirib - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şuşa məscidlərində - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Xocavəndin Böyük Tağlar kəndində - VİDEO

“Barselona”nın apelyasiya şikayəti rədd edildi

Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı - VİDEO

“Dünya çempionatına getmək arzusu və illüziyası ilə yaşayırıq”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Qəhrəmanımızı tanıyaq

“...Adam peşiman olur ki, mən niyə partiya sədriyəm”

Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

İqbal Ağazadədən Putinə: Ya yaxşı qonşu olun, ya gedin!

"Prezidenti bəyənmirsiniz, niyə görüş tələb edirsiniz?"

Arzu Bağırova Masallıda şəhid ailələri ilə görüşüb

"Azərbaycan öz milli maraqlarını sonacan müdafiə etdi" - VİDEO

Polad Həşimovun adı küçəyə verildi

Tarix olan qəhrəman igidlərimizdən biri - BƏHRUZ ƏLİYEV

"Bunun nəticələri Azərbaycanın xeyrinədir"

"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

“Göz, ürək, böyrəklərin funksiyası pozula, ayaqlarda qanqrena yarana bilər”

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

“Yaxın aylarda bölgədə mühüm hadisələr baş verəcək” - MÜSAHİBƏ