Almaniya çempionu 2-ci Bundesliqa klubuna uduzdu


Almaniyanın “Bayern” klubu ölkə kubokundan kənarda qalıb.
1/16 finalda Münhen klubu 2-ci Bundesliqa klubu olan “Holştayn”a uduzub.
Kil təmsilçisi rəqibi ilə görüşün 90+5-ci dəqiqəsində hesabı bərabərləşdirib – 2:2. Nəticədə oyun əvvəl əlavə vaxta, burda da qol vurulmayınca penaltilər seriyasına gedib.
Tam əsas heyətlə meydana çıxmayan Almaniya çempionu rəqibinə məhz penaltilər seriyasında 5:6 hesabı ilə uduzaraq ölkə kubokunda mübarizəni erkən başa vurub. “Bayern”dən penaltilər seriyasında dəqiq oynamayan futbolçu oktyabrda “Espanyol”dan alınan ispaniyalı mərkəz yarımmüdafiəçisi Mark Roka olub.
Xəbər lenti

“Keşikçidağ” qoruğuna gedən yeni avtomobil yolu salınır
Layihə çərçivəsində yolun torpaq yatağının eni 15 metr, asfalt-beton örtüyünün eni isə 9 metrdir