Tramp impiçment elanından sonra bəyanatla çıxış etdi


ABŞ-ın hazırkı Prezidenti Donald Tramp Nümayəndələr Palatasının impiçment elan etməsindən sonra bəyanatla çıxış edib.
Bəyanat Ağ Evin “Twitter” hesabında yayımlanıb.
Müraciətində D.Tramp ötən həftə Kapitolidə baş vermiş zorakılığı tənqid edib.
“Mənim əsl tərəfdarlarımdan heç kim siyasi zorakılığın iştirakçısı ola bilməz, mənim əsl tərəfdarlarımdan heç kim hüquq mühafizə orqanlarına və ya böyük ABŞ bayrağına hörmətsizliyi dəstəkləyə bilməz. Mənim əsl tərəfdarlarımdan heç kim öz vətəndaşlarını incidə bilməz”, - deyə D.Tramp qeyd edib.
O, Kapitoliyə hücumda iştirak edənlərin məsuliyyətə cəlb ediləcəyini bildirib.
Xəbər lenti

Mədəniyyət Komitəsinin sədri Şuşalı mədəniyyət işçiləri ilə görüşüb
Hər üç qonağa üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatı hədiyyə edilib