Antisanitar şəraitdə fəaliyyət göstərən şirniyyat evi aşkarlanıb

16:28 14-01-2021 | icon 24 | Sosial
Antisanitar şəraitdə fəaliyyət göstərən şirniyyat evi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

 

Agentliyə paytaxtın Binəqədi rayonu, Yeni yaşayış massivi, Şimal küçəsi, döngə 4 ünvanında fəaliyyət göstərən unlu-qənnadı məmulatların istehsalı müəssisəsində antisanitar şəraitdə məhsulların istehsalı və satışı barədə məlumat daxil olub.

 

Daxil olan məlumat əsasında həmin ünvana baxış keçirilib.

 

Baxış zamanı müəyyən edilib ki, fiziki şəxs Çin Respublikası vətəndaşı Xuefeng Ye-ə məxsus müəssisədə kustar üsulla “Bakı bulka” və “Səma” əmtəə nişanlı bulka və şirin çörək məhsullarının istehsalı və satışı həyata keçirilir. İlkin baxış keçirilən zaman müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi, məhsulun istehsalı prosesində texnoloji prinsipə əməl olunmadığı məlum olub.

 

Yoxlama zamanı müəssisədə üzərində vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin düzgün qeyd edilmədiyi və qanunvericiliyin tələblərinin pozularaq məhsulların istehsal tarixinin 3-5 gün sonraya, saxlama müddətinin isə 72 saat olmasına baxmayaraq standartların və normativ texniki sənədlərin tələbləri pozularaq 30 gün qeyd olunur. Qanunsuz fəaliyyət göstərən müəssisədə 1 850 ədəd qablaşdırmada “Bakı bulka” və 312 ədəd qablaşdırmada “Səma” əmtəə nişanlı bulka və şirin çörək məhsulları aşkarlanıb və dövriyyədən çıxarılaraq satışı qadağan edilib.

 

Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Araşdırmalar davam etdirilir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

İqbal Ağazadədən Putinə: Ya yaxşı qonşu olun, ya gedin!

Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

Xuraman Qasımova: “Prezidentin Şuşa səfərini izləyəndə ağladım”

Region dövlətlərinin geosiyasi maraqları - MÜSAHİBƏ

"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

"Qarabağda ermənilərlə birgə yaşamaq üçün vaxt lazımdır"

"Bəlkə də onlar "5-ci kolon"un üzvləridir"

20 YANVAR - Faciə və qəhrəmanlıq tariximiz

“Pielonefrit insanların bütün yaş qruplarında tez-tez təsadüf edilən XƏSTƏLİKLƏRDƏNDİR

"Kəlbəcər uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medallı qəhrəmanımız

"ABŞ-ın demokratiya illuziyaları puç oldu" - MÜSAHİBƏ

"Vətən məni çağırsa, yenə getməyə hazıram"