Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

17:28 14-01-2021 | icon 191 | Siyasət
Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

““5-ci kolon” artıq Prezidentin yerinə göz dikib”

 

Azərbayacan Ordusu torpaqlarımızın bir qismini işğaldan azad edərək böyük bir tarixə imza atdı. Artıq Azərbaycanın suverenliyinin tam bərpası prosesində aparılan işlər diplomatik müstəvidə inkişaf edir. Görünən odur ki, regionda özünün nüfuzunu saxlamağa çalışan güclər məkirli niyyətərindən əl çəkmir. Hələ də Qarabağda Ermənistan silahlı qüvvələri qalır və hələ də rus sülhməramlıları öz üzərinə düşən missiyanı lazımi səviyyədə icra edə bilmir.

 

Bu və ya digər məsələlərlə bağlı Versus.az-a müsahibə verən müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev narahatlıq doğuran bir çox məqamlara aydınlıq gətirib.

 

- Hafiz müəllim, Moskva görüşündən sonra regionda Azərbaycan üçün hansı mühüm məsələlər həllini gözləyir?

 

- Moskvada razılaşdırılmış müddüəlar atəşkəslə bağlı əldə olunan 10 noyabr danışıqlarının davamıdır. Görüşdə müəyyən sənədlər – kommunikasiya, iqtisadi və ticari əlarələrin qurulması ətrafında müzakirələr olsa da, Qarabağla bağlı gözlədiyimiz strateji məsələlər müzakirəyə çıxarılmadı. Dağlıq Qarabağda separatçı regimin hələ də at oynatması, sülhməramlıların orada öz missiyalarından kənar işlərə qarışması, silahlı erməni qruplarının tərksilah edilməməsi və sair məsələlər qalır. Hesab edirəm ki, bizi narahat edən bu məsələlər həll edilmədiyi üçün bu danışıqlarda əsaslı irəliləyiş olmayıb. Hələ ki, biz də bu məsələlərin həll olunması prosesində gözləmə mövqeyində dayanmışıq. Bununla belə hesab edirəm ki, işlər gedir və    nəhayət Azərbaycan ordunun uğurla başladığı işi diplomatik yolla qələbə ilə bitirəcək. Bunun üçün hesab edirəm ki, prosesə Türkiyə də daxil olmalıdır. Biz özümüzü aldatmamalıyıq. Fakt budur ki, biz Dağlıq Qarabağa müstəqil şəkildə gedib-gələ bilmirik. Biz bu məsələni həll etməliyik. Əgər biz bu gün Dağlıq Qarabağa müstəqil gedib-gələ bilmiriksə, Laçına getmək üçün erməni ilə dost olan rus sülhməramlısından icazə alacağıqsa, deməli suverenlik hüququmız pozulubdur Xankəndində yerləşən silahlılar oradan çıxarılmalıdır. Xankəndi Qarabağdır və Azərbaycan əhalisi öz yerlərinə qaytarılmalıdır. Artıq Xankəndinə Azərbaycanın qanunvericiliyinə uyğun olaraq bütün idarəetmə strukturları işləməlidir. Erməni işğalçılarının  Xankəndinin ətrafında, Xocalıda, Ağdərədə olan əsgərlərinin çıxarılmasının üzərində ciddi, təxirəsalınmaz işlər görülməlidir.  Düşünürəm ki, Moskva görüşündə cənab Prezident təkbətək görüşlərində bu məsələni bir daha qaldırıb.

Məlum razılaşmaya əsasən 9-cu bənddə göstərilən müddüəlar müzakirə olunub və bu istiqamətdə işçi qrupu yaradılıb. Düşünürəm ki, qeyd etdiyim bütün məsələlər hamısı müzakirə predmetidir. Qəti şəkildə Rusiyanın sülhməramlılarının Azərbaycan ərazilərində müvəqqəti olduğu önə çəkilməli və işlərinin tez bir zamanda həll edilməsi üçün vacib addımlar atılması irəli sürülməlidir. Rusiya sülhməramlıları anlamalıdırlar ki, onlar arzu etdikləri kimi Qarabağda öz quberniyalarını yarada bilməzlər. Rusiyanın bizə ürəkləri yanmır. Onlar regionda qalmaq üçün əllərindən gələni edirlər. Göründüyü kimi, Qarabağda çox məsələlər açıq qalıb. Azərbaycan cəmiyyəti bu problemi görür. Lakin biz milli birliyimizi qorumaq üçün məsələlərə təmkinlə yanaşmalı, təxribatlara getməməliyik. Biz Azərbaycanda milli birliyi qorumalıyıq. Artıq kimlərsə Azərbaycanın 44 günlük müharibəsində əzmkarlıq göstərən Ali Baş Komandanın işinə kölgə salmaq istəyirlər.  Bununla da daxili birliyi pozmağa çalışırlar. Bunun da başında hansısa nazirlər durur ki, proses belə davam etsə, mən qardaşım İlham Əliyevi qorumaq üçün açıb hamısını ortaya qoymağa məcbur olacam.

 

- Rusiya sülhməramlı missiyasının görünən və görünməyən tərəfləri var ki, bu da ölkə ictimaiyyəti üçün sirr deyil. Belə bir ərəfədə Türkiyə monitorinq Mərkəzinin fəaliyyətinin gecikməsi nədən xəbər verir?

 

- Türkiyənin bölgədə yerləşməsi ciddi bir məsələdir. Milli Məclisdə bu məsələ ortaya qoyulmalıdır və Türkiyə ordusunun bazası Azərbaycanda yaradılmalıdır. Əgər Müdafiə Nazirliyi deyirsə ki, heç kəsin burda hərbi bazası yaradılmayacaq, o zaman necə ola bilir ki, Rusiya sülhməramlı adı ilə Qarabağda öz hərbi bazasını yerləşdirir. Kimin nə deməsindən asılı olmayaraq, Türkiyə bazaları Azərbaycanda yerləşməlidir. Artıq görürsüz ki, cənab Ali Baş Komandanımız Rusiya ilə çox ciddi, manevrli siyasət aparır. Amma biz bununla kifayətlənməli deyilik. Türkiyə Prezidentinin Avropa Birliyi ölkələri ilə keçirdiyi görüşdə verdiyi açıqlama bizi ümidləndirir. O cümlədən, Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin görüşündən sonra düşünürəm ki, prezidentlərin görüşü gözlənilir. Biz Azərbaycana qarşı formalaşan güclərə alternativ yaratmalıyıq. Biz rus sülhməramlılarının regionda Azərbaycanın maraqlarına xidmət edən fəaliyyət göstərəcəyinə etibar edə bilmərik.

 

- Siz də Azərbaycan, Türkiyə, Pakistan xarici işlər nazirinin görüşünü qeyd etdiz. Bu görüş region üçün hansı perspektivdən xəbər verir?

 

- Bu görüş məndə çox böyük ümid yaradıb. Artıq Prezident Pakistanda səfirliyimizin açılması ilə bağlı sərəncam verib. Bu da gələcək üçün xoş mesajlardır. Hər halda, bu üçtərəfli görüşlər hər üç dost, qardaş dövlətin gələcək əməkdaşlığından xəbər verir. Etiraf etməliyik ki, regionda vəziyyət gərgindir. Rusiya sülhməramlıları əldə bayraq edib, erməni işğalçılarına qarşı qardaş münasibətini sərgiləyir. Rusiyanın Qarabağda artıq 5 min ordusu var. Bundan sonra nə olacaq, biz onu bilmirik. Elə məsələlər var ki, siyasətçilər onu təhlükəsizlik baxımından demək istəmir. Amma bu o demək deyil ki, biz fəaliyyətsiz dayanmalıyıq. Masa üzərində Azərbaycanın təhlükəsizlik məsələləri qoyulmalıdır. Bu məsələ müzakirə olunub qəti qərar qəbul edlməlidir.

 

- Hafiz müəllim, "Reuters" agentliyinin məlumatına görə Azərbaycan Mərkəzi Bankı özünə yeni inzibati bina tikir. Layihənin dəyəri 218 milyon avrodur, təxminən 430 milyon manat. İctimaiyyətdə məsələ ilə bağlı birmənalı olmayan fikirlər var. Bu barədə nə deyərdiz?

 

- İndiki şəraitdə bu cür layihələrin işlənməsi Azərbaycan dövlətinə xəyanətdir. Elman Rüstəmovun rəhbərlik etdiyi o bankın binası şəhərin mərkəzində “qızıl”dandır, alışıb yanır.  Əlavə binaya nə ehtiyac var idi? Təzdən gedib Azərbaycanın milyardlarla pulunu xərcləyib, belə bir çətin ərəfədə ikinci bir Mərkəzi Bank tikməyə ehtiyac varmı? Axı bizim işğaldan azad olunmuş rayonlarımızda quruculuq işləri getməlidir, kommunikasiya işləri aparılmalıdır və sair. Belə bir mərhələdə nə vacibdir ki, belə bir tikintiyə pul ayrılır. Bununla nə dəyişəcək ki? Hesab edirəm ki, burda sadəcə pullar silinəcək.  biz belə haların əksinə gedib sözümüzü deməliyik. Amma ölkədə 5-ci kolon ölkə prezidentinin iradəsinin əksinə olaraq çox ciddi mövqe ortaya qoydu. Problemlər bundan yaranır. Şəhid ailələrinə, qazilərimizə pul tapmırıq verməyə, onların dərmanına pul tapmırıq verməyə, müharibədən yeni çıxmış dövlətiksə, yeni mərkəzi bank binasına nə ehtiyac var. Hesab edirəm ki, hökumət buna son qoymalıdır. Pulumuz varsa, hərbidə quruculuq işləri aparaq, hələ torpaqlarımız erməni silahlarının əlindədir, ordumuz güclənməlidir, digər yeni hərbi avadanlıqlar alınmalıdır. Belə vaxtda belə hallar millətin hissiyatı ilə oynamaqdır. Siyasi partiyalar olaraq bu barədə sözümüzü deyəcək. Biz imkan vermərik ki, kimlərsə Prezidentin işinə kölgə salsın. Bu yaxınlarda partlayışa səbəb olacaq açıqlamalar verməyə məcburam.

 

- “5-ci kolon”məsələsi bitmədimi Azərbaycanda?

 

- 5-ci kolon daha da güclənib. “5-ci kolon” artıq prezidentin yerinə göz dikib. Çalışırlar ki, prezidentin fəaliyyətinə kölgə salıb, ölkədə öz bildiklərini eləsinlər. Hər halda, hansı işlərin getdiyi barədə yaxınlarda məlumat veriləcək.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

Xuraman Qasımova: “Prezidentin Şuşa səfərini izləyəndə ağladım”

20 YANVAR - Faciə və qəhrəmanlıq tariximiz

Sülhməramlıların fəaliyyətini necə qiymətləndirirsiz?

"Qarabağda ermənilərlə birgə yaşamaq üçün vaxt lazımdır"

"Azərbaycan hər an rus-erməni təxribatına hazır olmalıdır"

“Pielonefrit insanların bütün yaş qruplarında tez-tez təsadüf edilən XƏSTƏLİKLƏRDƏNDİR

"Kəlbəcər uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medallı qəhrəmanımız

"ABŞ-ın demokratiya illuziyaları puç oldu" - MÜSAHİBƏ

ALDP-dən 20 Yanvar faciəsinə VİDEO-ÇARX

"Bu vəsaiti şəhid ailələrinə, qazilərə vermək lazım idi"

"Vətən məni çağırsa, yenə getməyə hazıram"

Hafiz Hacıyevdən Ramiz Mehdiyevlə bağlı daha bir FAKT

AĞLAMA, QƏRƏNFİLİM…

"Bu, Türkiyə-Azərbaycan hərbi müttəfiqlik müqaviləsinin bağlanmasına gətirib çıxaracaq"