Deputat “Vətən uğrunda” medallı şəhidimizin atası ilə görüşüb

19:22 14-01-2021 | icon 45 | Cəmiyyət
Deputat “Vətən uğrunda” medallı şəhidimizin atası ilə görüşüb

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və RHİMİB sədri Arzu Bağırovanın şəhid ailələri ilə görüşləri davam edir.

 

Versus.Az xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon, Şərəfə kənd sakini, şəhid Ramazan Vəliyevin atası Hilal Vəliyevlə görüşüb.

 

Qənirə Paşayeva şəhid atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb:

 

“Əziz Şəhid atası, Siz Vətən uğrunda igidliklə döyüşərək öz canını fəda etmiş oğulun atasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik! Sizin oğlunuz Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərənmcamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Bu medal oğlunuza Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə verilib. Ramazan kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik”!

 

Tarixi zəfər münasibətilə şəhid atasına Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından Məktublar, üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni TƏYİNAT

“Laçın dəhlizi Qarabağda olan separatçılar üçün qanedici variant deyil” - MÜSAHİBƏ

Hafiz Hacıyev Ramiz Mehdiyevi və onun kadrlarını ifşa etdi - VİDEO

ALDP-dən neft gəlirlərindən əldə olunan vəsaitlə bağlı BƏYANAT

"Azərbaycan tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək"

Gəldin, əbədi olaraq ürəklərə köçmək üçün...

Azad Rəhimov başqa xəstəxanaya KÖÇÜRÜLDÜ

"SOCAR-da nələrin baş verdiyi müəmmalarla doludur"

Kiçik qurdun böyük fəsadları - Yoluxanlarda hansı əlamətlər ola bilər?

"Navalnı ilə şəxsi əlaqəmiz və ya tanışlığımız yoxdur"

"Siyavuş Novruzov üzr istəməlidir"

107 gün sonra itkinimizin şəhid xəbəri gəldi

"Rusiyanın Qarabağda anti-terror təlimləri erməniləri müdafiə etməkdir"

Şuşada yeni yarımstansiya tikilir

Azərbaycanda yeni agentlik YARADILIR