“Azərbaycan nitq mədəniyyəti” kitabı işıq üzü görüb

09:51 09-10-2018 | icon 10 | Mədəniyyət
“Azərbaycan nitq mədəniyyəti” kitabı işıq üzü görüb

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycan nitq mədəniyyəti” kitabı işıq üzü görüb.

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, “Şərq-Qərb” nəşriyyatında çap edilmiş kitabın müəllifləri akademik Nizami Cəfərov, Samirə Mərdanova və Aysel Qəriblidir.

 

Kitabda Azərbaycan nitq mədəniyyətinin zəngin tarixi, keçdiyi inkişaf yolları araşdırılır, görkəmli söz ustalarının bu istiqamətdə gördükləri işlərin məram və məqsədləri təhlil edilib həm nəzəri, həm də praktik baxımdan ümumiləşdirilir.

 

Nitq mədəniyyətinin linqvostilistik prinsipləri barədə geniş məlumat verilən kitabda müasir Azərbaycan ədəbi dilinin yüksək mədəni inkişaf səviyyəsi barədə də aydın təsəvvür yaradılır.

 

Xüsusi olaraq göstərilir ki, inkişafın əsasında ölkədə həyata keçirilən mükəmməl dövlət dil siyasəti dayanır və bu siyasətin əsaslarını ulu öndər Heydər Əliyev müəyyən edib.

 

Kitab alim və mütəxəssislərlə yanaşı, geniş ictimaiyyət üçün də nəzərdə tutulub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Yalnız möhürü və katibəsi olanlar

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Daha güzəştlik heç nə qalmayıb"

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Bu məhkumlarla bağlı qanun dəyişir