Şəki sakinlərinin nəzərinə

10:08 09-10-2018 | icon 19 | Gündəm
Şəki sakinlərinin nəzərinə

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası 11 oktyabr - Ümumdünya Görmə Günü münasibətilə növbəti aksiyasını Şəki şəhərində keçirəcək.

 

Mərkəzin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva Versus.Az-a bildirib ki, aksiya oktyabrın 11-12-də təşkil olunacaq. Aksiyanın məqsədi Şəki sakinlərinin gözləri ilə bağlı yaranan problemlərinin həllinə kömək göstərmək, onları vaxtında müayinə və müalicə etmək, ehtiyac yarandığı zaman isə cərrahiyyə əməliyyatı etməkdir.

 

Y.Abdiyeva qeyd edib ki, daha ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılacaq.

 

Dəmiryolu Səyyar Klinikası ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək. Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Səyyar Qatarın uzunluğu 25, eni 3 metrdir. Klinikanın həkim və orta tibb briqadası vaqonda bir gün ərzində 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər. Qatarda oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq yerindən ibarətdir. Müayinələr üçün avadanlıqlar foropter, refraktometr, tonometr, işarələr proyektoru, yarıq lampa, lensmetr və digərləri təşkil edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

“Müxalifət şou göstərisindədir hələ ki” - MÜSAHİBƏ

Yalnız möhürü və katibəsi olanlar

Partiya sədrindən nazirə açıq məktub

Professor Qara Mustafayevlə vida mərasimi keçirilib

Bu ittihamlar hakimiyyətin əlinə oynayır - ALDP BƏYANAT yaydı

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Hamıya silah paylanacaq"

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Bu avtobuslarda pulsuz "Wi-Fi" olacaq

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Daha güzəştlik heç nə qalmayıb"

“Instagram”dan yeni funksiya