“Məni agentlikdə ittiham etməklə...”

11:58 12-10-2018 | icon 178 | Siyasət
“Məni agentlikdə ittiham etməklə...”

 

Qurban Məmmədov: “Bu, rejimin müxalifətdəki nümayəndələrini vahiməyə salır, qorxudur”

 

 

 

Son vaxtlar demokratik düşərgədə təmsil olunanlar sırasında vəkil Qurban Məmmədovun müxalifətçi dostları tərəfindən hədəfə alınması və bir-birinə qarşı səslənən qarşılıqlı sərt ittihamlar gündəmi zəbt edib.

 

Milli Şuraya, xüsusilə Gültəkin Hacıbəyliyə qarşı canlı yayında edilən tənqidi çıxışlardan sonra, xanım siyasətçinin Qurban Məmmədova qarşı reaksiyası daha sərt oldub. O, Qurban Məmmədovu kəskin ittiham edərək, onun iqtidarın agenti olduğunu, rüsvayçı şəkildə ifşa edildiyindən yazıb.

 

Bunun ardınca texniki səhvlərə görə Hacıbəylidən üzr istəyən Məmmədov, bu dəfə Osmanqızının hədəfinə tuş gəlib.

 

Belə ki, Qurban Məmmədov daim sərt çıxışlar etdiyi “Azərifreedum TV” kanalının Sevinc Osmanqızının şikayəti əsasında bağlandığını yazaraq, ondan şikayətini götürməsini tələb edib.

 

Bu faktlar özünü demokratiyanın keşikçiləri adlandıran kəsimin bir-birini ittiham etməsi ilə bağlı cüzi bir epizod olsa da, bu, ümumilikdə belə bir mənzərəni yaradan səbəblərin araşdırılmasını tələb edir.

 

Bu gün müxalifət düşüncəli ictimai-siyasi fəalların bir-birini hədəfə alması nəyin göstəricisidir? 

 

Məsələ ilə bağlı Versus.Az-a açıqlama verən Q.Məmmədov bildirib ki, onu ittiham edənlər bunu sübut etməlidirlər:

 

“Sübutetmə vəzifəsi ittiham tərəfinindir. Ortaya nəsə qoysalar, müdafiə hüququmdan istifadə edəcəyəm”.

 

Q.Məmmədov bildirib ki, onu agentlikdə ittiham edənlərin hansı məqsədlər güddüyünü özləri daha yaxşı bilirlər. Ümumilikdə isə bu, günahkarların ifşa olunmaq qorxusu ilə verdiyi əks reaksiyadır:

 

“Tək bir şeyi bilirəm. “Azerifreedom”-da apardığım iş xalqı ayıltdı, xalq hərəkətə gəlir, toparlanır. Bu, rejimin müxalifətdəki nümayəndələrini vahiməyə salır, qorxudur. Baş verənlər ifşa qorxusunun nəticələridir”.

 

O ki, qaldı “Azerifreedom”-un bağlanması və bunun Amerikada yaşayan Sevinc Osmanqızının şikayəti əsasında baş verməsinə, Qurban Məmmədov bu barədə YouTube-dən aldığı məlumata əsaslanaraq yazdığını deyib.

Vəkil xanım jurnalistin nəyə görə belə bir addım atması barədə fikir bildirməyib.

 

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Yalnız möhürü və katibəsi olanlar

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Daha güzəştlik heç nə qalmayıb"

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Bu məhkumlarla bağlı qanun dəyişir