57 layihə icra olunur

14:06 13-10-2018 | icon 27 | Sağlamlıq
57 layihə icra olunur

Sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətlərin göstərilməsi məqsədilə 2018-ci ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə bu sahə üzrə ixtisaslaşmış 35 qeyri-hökumət təşkilatı arasında 57 layihə üzrə müqavilə imzalanıb.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Versus.Az-a verilən məlumata görə, bu layihələr əsasında ölkəmizin ayrı-ayrı bölgələrində (Yevlax, Astara, Ağsu, Beyləqan, Yevlax, Lənkəran, Quba, Şəmkir, Masallı, Yardımlı, Ağdaş, Zaqatala, Saatlı, Balakən, İmişli, Şirvan, Qəbələ, İsmayıllı, Kürdəmir və s.) uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi üçün günərzi qayğı və icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir.

 

Həmçinin layihələr çərçivəsində daun və autizm sindromlu, eləcə də eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası, sosial təhlükəli vəziyyətdə olan uşaqlara sosial-psixoloji yardımın göstərilməsi, sağlamlıq imkanları məhdud uşaqların "Portec" metodikası ilə sosial reabilitasiyası, onların psixo-sosial dəstəklə təmin edilməsi və s. istiqamətlərdə işlər aparılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Yalnız möhürü və katibəsi olanlar

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Daha güzəştlik heç nə qalmayıb"

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Bu məhkumlarla bağlı qanun dəyişir