Buffon karyerasında 1 100-cü oyuna çıxdı


Ötən gün İtaliya kubokunun yarımfinal mərhələsində “Yuventus” “İnter”in qonağı olub və 2:1 hesabı ilə qalib gəlib.
“Opta Sports” xəbər verir ki, bu oyunda “Yuventus”un qapıçısı Canluici Buffon karyerasında 1 100-cü oyununa çıxıb.
Qeyd edək ki, C.Buffon 156 dəfə İtaliya milli komandasının formasını geyinib və bu göstərici ilə öz ölkəsində liderdir.
C.Buffon həmçinin İtaliya A Seriyasında ən çox quru oyun (qol buraxmadan oyun keçirmə) rekordunu da özündə saxlayır.
Xəbər lenti

Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək
Martın 8-də informatika fənni, martın 10-da isə digər fənlər üzrə respublika mərhələsinin yarımfinal turu keçiriləcək