"O ki qaldı Laçın dəhlizinə..." - MÜSAHİBƏ

12:23 03-02-2021 | icon 843 | Müharibə
"O ki qaldı Laçın dəhlizinə..." - MÜSAHİBƏ

Şair Ramaldanov: "Rusiya sülhməramlıları sanki ermənilərə tabedirlər"

 

İşğaldan azad olunmuş ərazilərimizin sərhəd bütövlüyü, sülhməramlı missiyanın rolu və Laçın dəhlizi vasitəsi ilə işğalçı dövlətin nümayəndələrinin  özbaşına hərəkətlərinə yaratdığı imkanlarla müşahidə olunan hallar ölkədə birmənalı qarşılana bilməz.

 

Ekspertlərin fikrincə, Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyəti sülhməramlılarla bağlı yaranan problemlərin  və  yarımçıq qalan bir çox məsələlərin həllini gerçəkləşdirə bilər. Monitorinq Mərkəzində Türkiyənin iştirak etməsi regionda ədalətin bərpası ilə bağlı balansın yaranacağına dair ümidləri artırıb. Ümumilikdə Monitorinq Mərkəzi regiona nə vəd edir?

 

Versus.Az xəbər verir ki, ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov müsahibəsində maraqlı müanslara diqqət çəkib.

 

- Şair müəlim, Qarabağda atəşkəs rejiminə nəzarət üzrə yaradılan Rusiya-Türkiyə Monitorinq Mərkəzi, artıq Ağdam rayonunda fəaliyyətə başlayıb. Mərkəz Azərbaycanın işğaldan azad olunan bölgələrində hansı əhəmiyyətə malikdir?

 

- Üçtərəfli bəyannaməyə əsasən Monitorinq Mərkəzinin  yaradılması və orada Türkiyənin tərəf kimi Rusiya ilə birgə  fəaliyyətinin nəzərdə tutulması Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində baş tutdu.  Bunun əhəmiyyəti çox böyükdür. Hesab edirik ki, Türkiyə işğaldan azad olunmuş torpaqlarda Azərbaycanın maraqlarının obyektiv şəkildə qorunması və sülhün bərqərar olmasına imkan yaradacaq.  Monitorin Qrupu, xüsusilə bölgədə sülhməramlı qüvvələrin fəaliyyətinə nəzarət edəcək. 

Məlumdir ki, sülhməramlı qüvvələrin fəaliyyəti beynəlxalq normativ sənədlərə əsasən nizamlanır. Azərbaycan tərəfi  üzərinə götürdüyü öhdəçiliyi tam şəkildə yerinə yetirib və hal-hazırda Rusiyanın sülhməramlıları Azərbaycan ərazisindədir.  Monitorinq qrupu gələnə kimi biz sülhməramlılarla bağlı bir sıra problemlərlə qaşılaşdıq. Bu da ondan ibarətdir ki, Azərbaycan öz ərazilərində gedən proseslərlə bağlı onlardan heç bir məlumat ala bilmir.  Rusiya sülhməramlı qüvvələri nəzarətində olan ərazilərdə Azərbaycanın maraqları təmin etmir.  Rusiyanın sülhməramlı qüvvələri demək olar ki, özlərinə aid olmayan məsələlərlə məşğul olurdular. Məsələn, Laçın dəhlizi nəzarətsizdir.  Laçın dəhlizindən kim gəlir, kim gedir, bilmirik. Unudurlar ki, bura Azərbaycan ərazisidir və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək, Ermənistan və digər ölkələrlə dövlət sərhəddini   bərpa edib.  Sərhəd xidməti və yaxud sərhəddən keçid digər ölkələrdə necədirsə, o, Ermənistana da şamil olunmalıdır.  Ancaq Rusiyanın sülhməramlı qüvvələri  Azərbaycanın Laçın dəhlizindən öz bildiyi kimi istifadə edir. Bu barədə heç bir məlumat verilmir və Ermənistanın rəsmiləri, xarici işlər naziri heç bir icazə olmadan Azərbaycan ərazisinə gəlir, separatçı rejimlə görüşür. Nə haqda danışdıqlarını bilmək üçün yanlarında olmaq lazım deyildir.  Təbii ki, bu görüş heç də Azərbaycanın xeyrinə olmayan görüşdür.

 

"Zaman keçdikcə Türkiyənin Monitorinq qrupunda təmsil olunmasının əhəmiyyətini görəcəyik"

 

Digər tərəfdən, faşist Njdenin heykəlinin gətirilib Azərbaycan ərazilərində qoyulması faktının özü də təzadlıdır. Bu, məqsədyönlü şəkildə, Azərbaycanı qıcıqlandırmaq və müəyyən  proseslərə təkan vermək üçün  atılan addımlardır. 

Sülhməramlı qüvvələr obyektiv şəkildə neytral mövqe tutaraq, Azərbaycan ərazisində tərəflər arasında sülhün bərqərar edilməsinə yönələn addmlar atmalıdır. Bəs nə görürük? Azərbaycan ərazisində hansısa balaca erməni kütləsi Kəlbəcərdə yolu bağlayıb yüklərin daşınmasının qarşısını  almağa çalışır. Rusiya sülhməramlıları elə davranırlar ki, sanki ermənilərə tabedirlər. Halbuki, Azərbaycanın öz ərazilərində bərpa işləri aparmaq üçün orada yükdaşıyan  maşınlar hərəkət etməlidir.

Bundan başqa, gəlin biz ermənilərin kütləvi şəkildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə köçürülməsi prosesinə diqqət çəkək. Azərbaycan ərazisinə  Ermənistandan, hansı ki, bu erməni sosial mediasında öz əksini tapıb, məcburi şəkildə ermənilərin kütləvi şəkildə gətirilməsini həyata keçirirlər. Bu, sülhməramlılara aid olan məsələlər deyildir.  Məhz Monitorinq Nəzarət Mərkəzi bu cür xoşagəlmz proseslərin ola biləcəyini  və gəlcəkdə Azərbaycanın Rusiya sülhməramıları ilə üz-üzə duracağını nəzərə alınaraq təklif olunmuşdu. Ölkə başçısının müdrikliyi ondan ibarətdir ki, məhz Türkiyənin də Minsk Qrupunda olan Rusiya ilə bir yerdə fəaliyyət göstərməsini reallaşdırdı. Düşünürəm ki, Türkiyə qardaş ölkə olaraq beynəlxalq normalar çərçivəsində işğaldan azad edilmiş ərazilərdə sülhün bərqərar edilməsi prosesində bizim maraqlarımızı  qoruyacaq. Bu isə o ərazilərə Azərbaycan əhalisinin qaytarılması üçün yeni imkandır. Bölgədə infrastruktirin bərpasına, əhalinin öz yerlərinə qayıtmasına çox illər lazım olacaq. Bu vaxt ərzində ermənilərin orda məskunlaşmasının qabağını almaq üçün  Monitorinq qrupu vacib idi.  Azərbaycan tərəfi əvvəlcədən də bəyan eləmişdi ki, işğaldan azad olunan ərazilərdə əvvəldən yaşayan erməni ailələri qala bilər. Görürük ki, proses başqa cür gedir.  Monitorinq Qrupu işləməyə başlayandan sonra qısa vaxt ərzində  bu istiqamətdə də nəticələri  görəcəyik. Prezidentin atdığı addımı indiki vəziyətdə dərk edə bilmirik. Zaman keçdikcə Türkiyənin Monitorinq qrupunda təmsil olunmasının əhəmiyyətini görəcəyik.  Türkiyə güclü dövlətdir və onun Azərbaycanın yanında olması, Azərbaycanın maraqarını təmin etməsi çox vacibdir. Azərbaycan beynəlxalq hüquqa uyğun hərəkət edir. İstəyir ki, torpaqlarında sülh bərpa olunsun və işğaldan azad olunan ərazilərdə millətindən asılı olmayaq bütün vətəndaşları, qanunlara hörmət edərək bərabər səviyədə yaşasınlar.  Monitorinq qrupu bu istiqamətdə də özünəməxsus  vacib əhəmiyyətə malikdir.     

 

"O ki qaldı Laçın dəhlizinə, biz onu bağlaya bilmərik"

 

- Monitorinq qrupunun fəaliyyəti altında Laçın dəhlizini bağlamaqla sərhədin bütövlüyü və sülhün təminatı ilə bağlı istədiyimiz nəticəyə nail ola bilərikmi? Əgər bizim sərhəd bütövlüyümüz təmin olunubsa, qalib ölkə kimi şərtləri biz diqtə ediriksə, Laçında sərhəd nəyə görə açıq saxlanımalıdr? Nəyə görə bu kontekstdə Rusiya sülhməramlılarından asılı vəziyyətdə qalmalıyıq?

 

- Üçtərəfli bəyannamənin bəndlərinə uyğun olaraq  müəyyən öhdəlik götürülüb. Təbii ki, biz sülhməramlılardan asılı deyilik. Sadəcə olaraq vəziyyətlə bağlı olaraq sülhməramlıların ermənilərin sıx yaşadığı Azərbaycan ərazilərində olmasını nəzərə alsaq, onların ermənilərin müəyyən bir təsiri altına düşmələri halları var.  Yerlərdə vəzifəni icra edən icraçılardır. Onlar vəziyyəti hansı formada komandanlığa məruzə edirlərsə, o formada da qərarlar qəbul olunur. Monitorinq qrupunda isə iki tərəf -  Rusiya və Türkiyənin mütəxəssisləri  beynəlxalq normalar çərçivəsində qəbul olunmuş sənədləri analiz edib, Rusiya və Türkiyə prezidentlərinə məruzə edəcəklər, Birinci şəxslər də qərarlar verərək onun icrasını tövsiyə edəcəklər.  

O ki qaldı Laçın dəhlizinə, biz onu bağlaya bilmərik. Türkiyənin bununla bağlı çox maraqlı mövqeyi var. Türkiyə Laçında Azərbaycanın Dövlət və Gömrük Sərhədi Xidmətinin funksiyasının bərqərar edilməsi ilə bağlı məsələ qoyub. Yəni, biz o dəhlizi bağlamırıq, o dəhlizdən müəyyən gediş-gəliş olacaq. Ancaq bu dəhliz  Azərbaycan ərazisi olduğu üçün orda hərəkət məhz Azərbaycanın müvafiq Gömrük və sərhəd xidmətinin fəaliyyəti  ilə təmin olunmalıdır.  Yəni  əgər Azərbaycan ərazi bütövlüyü təmin olunubsa və sərhəd bütövlüyündən danışırıqsa,  deməli  beynəlxalq hüquqa uyğun olaraq orda sərhəd xidməti olmalıdır. Mən düşünürəm ki, bu da gələcəkdə öz həllini tapacaq. Monitorinq qrupunun bu sahədə əhəmiyyəti həddən çoxdur.  Türkiyə tərəfi məhz beynəlxaq normaların tələblərinə uyğun olaraq bu məsələləri qoyacaq.  Biz görünən bu probleməri aradan qaldırsaq, Azərbaycan müəyyən bir şəkildə öz  məqsədinə yaxın olacaqdır.  Düşünürəm ki, Monitorinq qrupunun yaradılması Ermənistan ərazisindən Naxçıvana çəkilən kommunikasiya dəhlizi ilə bağlı öz əksini tapacaq. Bundan sonra məsələlər də o istiqamətdə inkişaf edəcək. Bu məsələlərdə Rusiyanın Çinin, Türkiyənin maraqlarını nəzərə alınması, Azərbaycanın revanşist erməni ideyalarını üstələməyə imkan verəcək. Monitorinq qrupu da  bəyannamədə əksini tapan Ermənistandan Naxçıvana dəhlizin  açılmasını yaxınlaşdıracaq.

 

- Şair müəllim, bəllidir ki, sülhməramlılar bir neçə gün ərzində hərbçilərin dislokasiya məntəqəsinin yerləşdiyi Xankəndi şəhərində Mərkəzin strukturunu, məqsəd və funksiyalarını, işinin təşkili qaydasını, eləcə də yerləşdikləri ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrəniblər. Nəzərə alınsa ki, Xankəndi və digər ərazilərimizə azərbaycanlılar qaytarılmayıb, o zaman yalnız ermənilərin olduğu məkanlarda bitərəfli aparılan monitorinqlərin nə əhəmiyyəti ola bilər?

 

- Bundan sonra vəziyyət dəyişəcək. Bunun üçün Türkiyədə və  Azərbaycanda qəbul olunan hüququ baza hazırdır. İstənilən zaman Türkiyədən əlavə hərbçilərin gəlməsi və onların saylarının artırılması ilə bağlı qərar qəbul oluna bilər. Düşünürəm ki, Rusiya bunu bilir. Rusiya regionda Türkiyə nümayəndələrinin sayının artırılmasını istəmir.  Ona görə də onlar öz vəzifə borclarını daha dəqiq yerinə yetirməyə məcbur olacaqlar. 

Azərbaycanın qaçqın-köçkünlərinin öz yurdların qaytarılması məsələsinə gəlincə, bu  həssas bir məsələdir. Düşünürəm ki,  indiki zamanda azərbaycanlıların o yerlərə köçürüb təhlükəsizliyini təmin edə bilmiriksə, bu köçürülmə tezdur.  Monitorinq qrupu vəziyyəti incəliyəcək. Qaçqınlarımız öz yerlərinə köçürüləndən sonra onların təhlükəsizliyini qoruyacaq mexanizmlər işləyəndən sonra köçürmələr olacaq. Türkiyənin bu istiqamətdə də missiyası var.  Dövlət sərhədində Zəngilan, Qubadlı və  Laçın istiqamətindən olan ermənilər Ermənistana köçürülürlər. Azərbaycan bu əraziləri öz nəzarətinə alır. Yəqin ki, Xankəndi şəhərində də bu istiqamətində işlər aparılacaq. Vəzifələrdən biri də budur ki, azərbaycanlılar hansı yaşayış ərazilərində yaşayıblar, onların həmin yerlərə köçürülməsi ilə bağlı baza yaradılsın. Bu şəraiti yarada bilsək sülhün bərqərar olunması üçün çox işlər görmüş olacağıq. Bununla da Azərbaycan ərazilərində olan müəyyən erməni qruplarının mənfur niyyətinin inkişaf etməsini əngəlləyə biləcəyik. /"Həftə İçi"/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri: YAP buraxılmalıdır

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

“İMZA” - İlhamla Mehribanla Zirvələrə

“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

“Xocalı irsi” adlı elektron TƏQDİMAT

"Moskva vəziyyəti gərginləşdirməyə çalışır"

"Ermənistan daha bir hərbi cinayətə qol qoyur"

"Bu, iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək"

"Bu missiyanı bizim iqtidar öz öhdəsinə götürməlidir"

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

ALDP-dən beynəlxalq təşkilat və dövlətlərə XOCALI ÇAĞIRIŞI

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

“8 Noyabr” stansiyası istismara hazırlanır