Bu şəxslər evdə vaksinasiya olunacaq

12:34 03-02-2021 | icon 84 | Sağlamlıq
Bu şəxslər evdə vaksinasiya olunacaq

Hərəkət məhdudiyyəti olan vətəndaş evində vaksinasiya oluna bilər.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında 2 nömrəli Şəhər Poliklinikasının vaksinasiya kabinetinin məsul həkimi Firuddin Hüseynov deyib.

 

Həkimin sözlərinə görə, evdə vaksinasiya iki halda aparılır, ya vətəndaşın öz müraciəti əsasında, yaxud sahə həkiminin təyinatı ilə:

 

"Məsələn, vətəndaş 1-ci qrup əlildir və hərəkət məhdudiyyəti var. Onun evinə getdikdən sonra diaqnoz qoyulur və əks göstəriş olmadıqda həmin şəxsə vaksin vurulur. Poliklinikada xüsusi konteyner var. Peyvəndləmə evdə aparılacaqsa, bu xüsusi konteynerdə vaksinlər daşınır. Onu da qeyd edim ki, vaksinlər soyuq halda bir yerdən digər yerə daşınır və mütləq şəkildə soyuq temperaturu gözləmək lazımdır. Buna "soyuq zəncir" deyilir və bu zəncir qırılmamalıdır".

 

Həkim əlavə edib ki, qeyd olunan bütün proseslər heç bir ödəniş olmadan dövlət tərəfindən aparılır. Bu günə kimi hələlik bu qrupdan olan vətəndaşlardan müraciət alınmayıb.

 

Xatırladaq ki, fevral ayının 1-dən etibarən ölkədə 65 yaşdan yuxarı şəxslərin vaksinasiyasına start verilib. /Trend/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

““5-ci kolon”-un Qarabağdakı erməni qohumlarını silib-süpürəcəyik” - MÜSAHİBƏ

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

"Xalqın pulunu talayacaqlar, sonra da bağışlanacaqlar?"

Diareya – ishal barəsində nələri bilmirik?

“Növbəti xəyanətin qarşısını almalıyıq” - MÜSAHİBƏ

MCP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

Soyqırımını dünyaya tanıtmaqda davam etməliyik

Dünyasını dəyişdirən, arzusunu gerçəkləşdirən Şuşa fatehi

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar BƏYANAT

ALDP-dən beynəlxalq təşkilat və dövlətlərə XOCALI ÇAĞIRIŞI

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

Bakıda çovğun olacaq - XƏBƏRDARLIQ

Koronavirusa yoluxanların sayı yenidən 200-ü keçdi