Beyləqanda bu kəndin şəhidlərinə başdaşı qoyulmayıb

14:40 03-02-2021 | icon 845 | Gündəm
Beyləqanda bu kəndin şəhidlərinə başdaşı qoyulmayıb

Vətən müharibəsində şəhid olan Beyləqan rayon Əhmədli kənd sakini Orxan Quliyevin başdaşı hələ də qoyulmayıb.

 

Versus.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin atası Bəxtiyar Quliyev bildirib ki, sözügedən kənddən oğlu ilə birgə üç nəfər şəhid olub və onların da məzar daşları qoyulmayıb:

 

“Biz üç şəhid ailəsi bununla bağlı icra hakimiyyətində olmuşuq. Dünən elə digər şəhid Aqil Hüseynovun atası icra başçısıyla da görüşüb. Başçı bildirib ki, rayondan 200-ə yaxın şəhid var və onların hamısına başdaşını qoydurmaq onların səlahiyyətlərinə aid deyil.

Bunun üçün pul ayrılmalı olduğunu vurğulayıb. Əgər hökumət, yaxud icra hakimiyyəti bunu etməyəcəksə, biz işimizi bilmək istəyirik. Belədirsə, başdaşını mən qoyum. Oğlum oktyabrın 15-də dəfn edilib. Hələ də başdaşı yoxdur. Bizə əvvəl verilən 3 000 manat yardımın dəfn mərasiminin təşkili üçün olduğunu demişdilər. Mənim oğlum ölkə başçısı tərəfindən “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Elə Cəbrayılda da şəhid olub. Subay idi. Qeyd edim ki, bizə dövlət tərəfindən digər ödənişlər verilib”. 

 

Qeyd edək ki, sözügedən kənddən şəhid olan digər iki nəfər isə Aqil Hüseynov və Fərid Vəliyevdir. Onlar da oktyabr ayında dəfn edilib və prezident tərəfindən medallarla təltif ediliblər.

Məsələylə əlaqədar Beyləqan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılsa da, zənglərə cavab verən olmayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri: YAP buraxılmalıdır

“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

“İMZA”çılar Füzuli və Horadizdə şəhid ailələrini ziyarət ediblər

“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

Yaqub Məmmədovun ÖMÜR SALNAMƏSİ

“Bu xəstələrə çiy meyvə və tərəvəz qəbulu məsləhət görülmür”

"Bu, iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək"

"Bu missiyanı bizim iqtidar öz öhdəsinə götürməlidir"

Partiya sədri əlillərin müdafiəsinə qalxdı

"Bəzi siyasilər kamera görən kimi aktyorluq edirlər"

Millət vəkilindən toy mərasimləri ilə bağlı TƏKLİF

"Qarabağı verdi, indi də Rusiyanı Qafqazdan çıxartmaq istəyir"

Hər 10 qadından 8-i bu xəstəlikdən əziyyət çəkir

Ərəb mətbuatı azərbaycanlı şərqşünasın məqaləsini yayıb

Nuru Paşanın haqq dünyasına qovuşduğu gün