Deputat şəhid Kamilin ailəsi ilə görüşüb - FOTO

15:51 03-02-2021 | icon 76 | Cəmiyyət
Deputat şəhid Kamilin ailəsi ilə görüşüb - FOTO

Naqif Həmzəyev: "Şəhidlərimizin ailələrinə dəstək olmaq hər bir azərbaycanlının mənəvi borcudur"

 

YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri - şəhid Kamil Mübariz oğlu Məmmədovun ailə üzvləri ilə görüşüb.

 

Versus.Az xəbər verir ki, Vətən uğrunda canlarından keçən şəhidlərimizin heç vaxt unudulmayacağını, həyat yolları və amallarının gələcək nəsillər üçün örnək olacağını vurğulayan millət vəkili bildirib ki, qəhrəman şəhidimiz Kamil Məmmədov və onun silahdaşlarının sücayəti sayəsində torpaqlarımız işğaldan azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.

 

Şəhidin atası və qardaşı ilə birlikdə könüllü cəbhəyə yollanan Ramil Kamilin döyüş yolundan, Vətənə bağlılığından danışıb, onunla qürur duyduqlarını qeyd ediblər.

 

Kamilin atası dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə edib.

 

Millət vəkili ilə ürək sözlərini bölüşən şəhid atası digər oğlunun məşğulluğunun təmin edilməsini də dilə gətirib.

 

"Şəhidlik zirvəsinə yüksələn, tarix yazan qəhrəmanlarımızın adları Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq, şəhidlərimizin ailələrinə dəstək olmaq hər bir azərbaycanlının mənəvi borcudur" - deyə Naqif Həmzəyev məsələ ilə bağlı aidiyyatı orqanlara müraciət ediləcəyini bildirib.

 

Qeyd edək ki, Məmmədov Kamil Mübariz oğlu 1996-cı il iyulun 11-də Gəncə şəhərində anadan olub. Gəncə şəhər 15 saylı məktəbin məzunu olan Kamil işğal olunmuş torpaqların azadlığı uğrunda haqq savaşının ilk günlərindən qardaşı Ramil ilə birlikdə könüllü olaraq cəbhəyə yollanıb. olmuşdur. Qardaşlar Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına düşmənə qarşı mübarizə aparıb, xeyli sayda düşmən qüvvəsini məhv ediblər. Xocavəndin düşmən işğalından azad olunması zamanı qardaşı Ramil yaralanır. Kamil isə 8 noyabrda şəhidlik zirvəsinə ucalır və əbədi olaraq ürəklərdə məskən salır.

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

““5-ci kolon”-un Qarabağdakı erməni qohumlarını silib-süpürəcəyik” - MÜSAHİBƏ

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

"Xalqın pulunu talayacaqlar, sonra da bağışlanacaqlar?"

“Növbəti xəyanətin qarşısını almalıyıq” - MÜSAHİBƏ

Diareya – ishal barəsində nələri bilmirik?

MCP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

Soyqırımını dünyaya tanıtmaqda davam etməliyik

Dünyasını dəyişdirən, arzusunu gerçəkləşdirən Şuşa fatehi

“Xocalı irsi” adlı elektron TƏQDİMAT

ALDP-dən beynəlxalq təşkilat və dövlətlərə XOCALI ÇAĞIRIŞI

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar BƏYANAT

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

"Moskva vəziyyəti gərginləşdirməyə çalışır"

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ