Aquero “Barselona”ya keçə bilər

09:31 04-02-2021 | icon 95 | İdman
Aquero “Barselona”ya keçə bilər

“Mançester Siti”nin hücumçusu Serxio Aquero karyerasını “Barselona”da davam etdirə bilər.

 

Bu barədə “sports.ru” portalı “Cadena Ser” nəşrinə istinadən məlumat yayıb.

 

Məlumatda bildirilir ki, kataloniyalıların prezidenti postuna namizədlərdən bəziləri Serxio ilə əlaqə saxlayıb və argentinalı böyük məmnuniyyətlə İspaniya çempionatında oynayacağını deyib.  

 

Futbol ekspertləri bu addımı digər argentinalı - Messini klubda saxlamaq cəhdi kimi qiymətləndirirlər. İki futbolçunun dostluğu heç kəs üçün sirr deyil.

 

Aqueronun ingilislərlə müqaviləsi iyun ayında başa çatır və bundan sonra o, azad agent kimi istədiyi kluba keçə bilər. Bu amil maliyyə böhranından əziyyət çəkən “Barsa” üçün mühüm əhəmiyyət daşıyır.

 

Xatırladaq ki, Aquero Premyer Liqanın cari mövsümündə cəmi 5 oyunda meydana çıxıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri: YAP buraxılmalıdır

“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

“İMZA”çılar Füzuli və Horadizdə şəhid ailələrini ziyarət ediblər

“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

Yaqub Məmmədovun ÖMÜR SALNAMƏSİ

“Bu xəstələrə çiy meyvə və tərəvəz qəbulu məsləhət görülmür”

"Bu, iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək"

"Bu missiyanı bizim iqtidar öz öhdəsinə götürməlidir"

Partiya sədri əlillərin müdafiəsinə qalxdı

"Bəzi siyasilər kamera görən kimi aktyorluq edirlər"

Millət vəkilindən toy mərasimləri ilə bağlı TƏKLİF

"Qarabağı verdi, indi də Rusiyanı Qafqazdan çıxartmaq istəyir"

Hər 10 qadından 8-i bu xəstəlikdən əziyyət çəkir

Ərəb mətbuatı azərbaycanlı şərqşünasın məqaləsini yayıb

Nuru Paşanın haqq dünyasına qovuşduğu gün