Misirdə qızıl dilli mumiyalar TAPILDI

09:39 04-02-2021 | icon 151 | Maraqlı
Misirdə qızıl dilli mumiyalar TAPILDI

Arxeoloqlar Misirin şimalında 2000 illik tarixi olan qızıl dilli mumiyalar aşkar ediblər.

 

BBC xəbər verir ki, İskəndəriyyədə Taposiris Maqna məbədində işləyən Misir-Dominikan alimlərindən ibarət qrup qayaüstü məzarlıqda 16 qəbir aşkarlayıblar.

 

Bu cür dəfnlər Yunan və Roma dövründə məşhur olub.

 

Bu günə qədər zəif qorunub saxlanılan mumiyaların kəllələrinin içərisində, ağızlarında qızıl dillər tapılıb.

 

Qədim Misir inancına görə, dillər şəklində qızıl falqa ilə hazırlanmış bu amuletlər mərhuma sonrakı həyatda tanrı Osirisin hökmündən əvvəl danışa bilməsi üçün lazım olacaqdı.

 

Qədim Misirlilər Osirisin yeraltı aləmin hökmdarı və ölülərin hakimi olduğuna inanıblar.

 

Bu tanrı karton qutuda suvaq, kətan və yapışqan təbəqələrindən hazırlanmış bir material üzərində qızıl bəzəklərdə də təsvir edilib.

 

Santo-Dominqo Universitetinin aparıcı arxeoloqu Ketlin Martines bildirib ki, mumiyalardan biri qismən eyni tərkiblə örtülüb.

 

İkinci mumiyanın başının ətrafındakı karton qutuda zərli bəzəklərdə tac, buynuz və kobra təsvir olunub.

 

Araşdırma zamanı həmçinin Yunan və Roma dövrünə aid qadın üçün cənazə maskası, mərmər maskalar tapılıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri: YAP buraxılmalıdır

“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

“İMZA” - İlhamla Mehribanla Zirvələrə

“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

“İMZA”çılar Füzuli və Horadizdə şəhid ailələrini ziyarət ediblər

“Xocalı irsi” adlı elektron TƏQDİMAT

"Moskva vəziyyəti gərginləşdirməyə çalışır"

"Ermənistan daha bir hərbi cinayətə qol qoyur"

"Bu, iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək"

"Bu missiyanı bizim iqtidar öz öhdəsinə götürməlidir"

Yaqub Məmmədovun ÖMÜR SALNAMƏSİ

“Bu xəstələrə çiy meyvə və tərəvəz qəbulu məsləhət görülmür”

“8 Noyabr” stansiyası istismara hazırlanır

"Bəzi siyasilər kamera görən kimi aktyorluq edirlər"

Millət vəkilindən toy mərasimləri ilə bağlı TƏKLİF