Yenidənqurma və abadlıq işləri vətəndaşlarımızın rifahı üçündür

11:05 04-02-2021 | icon 97 | Siyasət
Yenidənqurma və abadlıq işləri vətəndaşlarımızın rifahı üçündür

Hələ irəlidə bizi daha böyük işlər, uğurlar, nailiyyətlər, zəfərlər gözləyir

 

Bu bir həqiqətdir ki,son 17 ildə müasir dünyada gedən siyasi-iqtisadi proseslərdən, tarixi şəraitdən, beynəlxalq münasibətlərdəki dəyişikliklərdən öz Vətəninin, xalqının xeyrinə məharətlə istifadə edən, dinamik dünyanın nəbzini əlində saxlayan, öz qətiyyətli iradəsi, müdrik və düşünülmüş siyasəti, dəmir yumruğu ilə dünyanı heyrətləndirən  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rəhbərliyə gəldiyi ilk günlərdən respublikanın bütün bölgələrində, Bakı şəhərində, eləcə də mənə doğma olan, 57 il ərzində doğulub, boya-başa çatdığım, hazırda da sakini olduğum Yasamal rayonunda müasir standartlara uyğun, zövq oxşayan yenidənqurma, quruculuq, abadlıq işləri uğurla həyata keçirilir.

 

Bəli, tam məsuliyyətlə deyə bilərəm ki, son 17 ildə Yasamal rayonu gözəlliklər məkanına çevrilib. Rayon ərazisinin çox hissəsinin əvvəllər köhnə, 1 mərtəbəli evlər tutduğunu nəzərə alsaq, son illər aparılan məqsədyönlü tədbirlər rayonun yeniləşməsinə, gözəlləşməsinə səbəb olub. Bu işlər isə sakinlər tərəfindən böyük sevinc hissi ilə, minnətdarlıqla qarşılanır. 

 

Fikrimi konkret misallarla bildirsəm daha məqsədəuyğun olar. Rayon ərazisində görülən ən qlobal, ən mürəkkəb, ən uğurlu quruculuq işləri məncə, keçmiş Sovetski deyilən ərazidə aparıldı. Sovetlər dönəminin mövcud olduğu 70 ildə və sonuncu illərdə həllini tapmayan çox çətin bir problemi məhz rəhbərliyi dövründə cənab Prezident İ.Əliyev aradan qaldırdı, desəm, yəqin ki, səhv etmərəm. Şəhərin demək olar ki, mərkəzi hesab olunan ərazinin böyük hissəsindən insanların digər yaşayış yerlərinə köçürülməsi və orada zövq oxşayan, fundamental, planauyğun, müasir istirahət parklarının salınması böyük bir tarixi əhəmiyyət daşıyır. 

 

2019-cu ilin may ayında cənab Prezident İlham Əliyev və 1-ci Vitse-prezident Mehriban xanım Əliyevanın Yasamal rayonunda Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışından sonra mənim də sıralarında olduğum Yasamal rayon sakinləri və ziyalıları ilə görüşü zamanı onların ölkə rəhbərliyinə ünvanlandırdıqları minnətdarlıq quruculuq işlərindən vətəndaşlarımızın razı qaldıqlarına bariz nümunədir. Həmin ərazidə aparılan yenidənqurma işləri tam olaraq, bir tərəfdən sakinlərin-vətəndaşların istirahətləri üçün nəzərdə tutulmuşdursa, digər tərəfdən bu tədbirlər şəhərin gözəlləşməsinə xidmət edir. Cənab Prezidentin bilavasitə göstərişi ilə Azərbaycanın böyük şairi Mikayıl Müşfiqin abidəsi ətrafında şairin adına layiq yeni, müasir, kompozisiyalı kompleksin inşa olunması əraziyə daha fərqli bir gözəllik verir. Bu dövlət başçısının Müşfiq irsinə, şəxsiyyətinə verdiyi qiymətlə yanaşı, həm də ədibin 110 illiyinə cənab Prezident tərəfində verilən töhfə oldu. Hazırda ərazidə aparılan digər yenidənqurma, abadlıq işləri də diqqət çəkir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin su anbarının ərazisində estetik gözəlliyi ilə seçilən, istirahət üçün bütün elementləri özündə ehtiva edən “Yasamal” parkının açılışı Yasamal sakinlərinin yeni istirahət məkanına çevrildi.

 

Dövlət başçısının şəxsi tapşırığı əsasında Yasamal rayonunda unikallığı, yeni memarlıq elementləri, estetik görünüşü ilə seçilən meşə tipli parkın açılması  gələcək nəsillərin hər zaman alqışlayacağı bir hadisə kimi, Yasamal sakinlərinə əvəzsiz, misilsiz bir hədiyyə oldu. Zamanında sakinlərin istirahətinə haram qatan bəzi işbazlar tərəfindən zəbt olunmuş bu ərazidə salınmış müasir tələblərə və şəhərsalma standartlarına uyğun şəkildə, yüksək infrastukturlarla təmin olunmuş park sakinlər tərəfindən yüksək minnətdarlıq, şükranlıq hissləri ilə qarşılanmışdır. Parkın açılışında iştirak edən Respublika Prezidenti cənab İlham Əliyev və 1-ci Vitse-prezident Mehriban xanım Əliyeva məhz alqışların fövqündə olmuşlar.

 

Yaşadığım bina daxil olmaqla, rayon ərazisində bir çox yaşayış binası, məktəb, baxça, xəstəxana, poliklinka və digər obyektlərin yeni örtüklərlə üzlənməsi, təmir olunması insanların zövqünü oxşamaqla bərabər həm də rayona, şəhərə xüsusi bir gözəllik vermişdir. Küçələr, səkilər də  yenilənmiş, yaşıllıqlar salınmışdır.

 

Son 17 ildə Yasamal rayonunda o qədər böyük quruculuq, abadlıq, inşaat işləri görülmüşdür ki, bunları qısa yazımda  saymaqla qurtarmaq olmaz.

 

Bir vətəndaş, sakin, jurnalist, pedaqoq kimi  bu yazımla bizə ürək açan, zövq oxşayan gözəllikləri bəxş edən dövlət başçısına, cənab İlham Əliyevə öz dərin təşəkkürümü, minnətdarlığımı bildirmək qəlbimdən keçdi.

 

Dövlət başçısının diqqət və qayğısı sayəsində respublikamız hər bir sahədə tərəqqi edir. Elmdə, təhsildə, mədəniyyətdə, ictimai-sosial sahədə, iqtisadiyyatda, sənayedə, hərbdə, ordu quruculuğunda və s. biz bu inkişafın, bu tərəqqinin şahidi oluruq.

 

Hələ irəlidə bizi daha böyük işlər, uğurlar, nailiyyətlər, zəfərlər gözləyir. Xalqını sevən, ona güvənən, onun etimadını, sevgisini, məhəbbətini,dərin inamını, etimadını, etibarını qazanan cənab İlham Əliyevə dövlətimizin, dövlətçiliyimizin, xalqımızın rifahı naminə gördüyü bu tale yüklü işlərdə uğurlar diləyirəm.

 

Qafar Əsgərzadə
/Əməkdar jurnalist, pedaqogika üzrə
 fəlsəfə doktoru, dosent/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri: YAP buraxılmalıdır

“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

“İMZA”çılar Füzuli və Horadizdə şəhid ailələrini ziyarət ediblər

“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

“Bu xəstələrə çiy meyvə və tərəvəz qəbulu məsləhət görülmür”

Yaqub Məmmədovun ÖMÜR SALNAMƏSİ

"Bu, iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək"

"Bu missiyanı bizim iqtidar öz öhdəsinə götürməlidir"

Partiya sədri əlillərin müdafiəsinə qalxdı

"Bəzi siyasilər kamera görən kimi aktyorluq edirlər"

Millət vəkilindən toy mərasimləri ilə bağlı TƏKLİF

"Qarabağı verdi, indi də Rusiyanı Qafqazdan çıxartmaq istəyir"

Ərəb mətbuatı azərbaycanlı şərqşünasın məqaləsini yayıb

Nuru Paşanın haqq dünyasına qovuşduğu gün

"...Bundan sonra vahid jurnalist vəsiqəsi tətbiq edilməlidir" - MÜSAHİBƏ