Göyçəlilərin HADRUT KÖÇÜ

14:01 04-02-2021 | icon 1343 | Cəmiyyət
Göyçəlilərin HADRUT KÖÇÜ

"Hadruta köçürülmə ilə bağlı diplomatik müstəvidə yarana biləcək çətinliklər görmürəm"

 

Ermənistan ərazisinin Göyçə mahalından olan 600 ailənin işğaldan azad olunan Hadrut rayonuna  köçmək istəyi ilə bağlı ölkə başçısına müraciəti ictimaiyyət, ekspert və iş adamları tərəfindən maraqla qarşılanıb.

 

Hadruta köçmək istəyən əhalinin hədəfləri müxtəlif aspektlərdə təhlil olunsa da, hədəflər eynidir.

 

Versus.Az xəbər verir ki, Göyçə mahalının sakini, iqtisadçı, iş adamı MÜRVƏT HƏSƏNLİ məsələ ilə bağlı açıqlamasında maraqlı məqamlara diqqət çəkib.

 

 

 

 

"Bir iş adamı olaraq orada böyük iş yerlərinin açılmasına söz verirəm”

 

M.Həsənli bildirir ki, erməni vandallarının təzyiqi ilə el-obasını tərk etməyə məcbur qalan, 30 ildir Azərbaycan ərazisinin ayrı-ayrı şəhərlərində məskunlaşan Ermənistan camaatı bu gün Hadruta köçmək istəyir. Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərə köçürülmələr, təbii olaraq, ölkə başçısının sərəncamı, tapşırığı ilə gerçəkləşəcək. Bu, təsdiqini taparsa, ölkəmizin, dövlətimizin xeyrinə olar. Hadruta köçmək istəyən göyçəlilər burada zamanında Ermənistanda öz dədə-babalarının gördüyü kənd təsərrüfatı işləri ilə məşğul olmaq istəyirlər:

 

“Azərbaycan əhalisinin yaşadığı indiki Ermənistanda Zəngibasar deyilən bir mahal var idi. Həmin yerlərin azərbaycanlı əhalisi Zaqafqaziyada, Moskvada kənd təsərrüfatı mallarının, meyvə-tərəvəzlərin satışında böyük bazarlar fəth eləmişdilər. Göyçə mahalında əhalimiz maldarlıqla məşğul olurdu və bu sahə xüsusilə inkişaf etmişdi. Bir sözlə, biz qərbi azərbaycanlılar kənd təsərrüfatı işlərini çox yaxşı bacarırıq. İşğaldan azad olunmuş ərazilərə köçməklə orada kənd təsərrüfatı işlərinin inkişafına böyük töhfə verib, dövlətimiz üçün də çox xeyirli işlər görmüş olarıq.

Bizim dədə-baba yurdumuz indiki Ermənistan ərazisində qalıb. İnşallah, indiki şəraitə uyğun olaraq bu gün Göyçə əhalisinin Hadruta köçmək istəyi təsdiqini tapar və bizim öz evindən didərgin salınan Ermənistan camaatının da yaylağa getməyə yeri olar. Təbii ki, biz nə vaxtsa Göyçəyə, Vediyə, Ağbabaya, Dərələyəzə, digər ərazilərimizə mütləq qayıdacağıq. Hələlik Hadruta getsək yaxşı olar. Bir iş adamı olaraq orada böyük iş yerlərinin açılmasına söz verirəm”.

 

M.Həsənli qeyd edi ki, əhalimizin Azərbaycan daxilində hər hansı ərazilərə köçüb yaşayışını qurması bizim daxili işimizdir:

 

“Bizim Dağlıq Qarabağ adında problemimiz yoxdur. Cənab Prezident demişkən, “status-kvo” da gorbagor oldu.  İşğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa işləri ilə bağlı Prezidentin çıxışlarına əsaslanıb yaxın 6 ay, 1 ildə köçürülmələrin mümkün ola biləcəyini düşünürəm. Eləcə də Hadruta köçürülmə ilə bağlı diplomatik müstəvidə yarana biləcək çətinliklər görmürəm.

Dağlıq Qarabağda olan sühməramlıların vəzifəsi sülhü qorumaqdır. Və düşünürəm ki, yaxın müddətdə insanlarımızın Xocalı, Ağdərə, Xocavənd və Xankəndiyə rahat gediş-gəlişi, yaşayışı da təmin olunacaq. Bu yerlər əzəli Azərbaycan torpaqlarıdır və işğaldan azad edilib. Biz Azərbaycanın bütün torpaqlarında - Göyçədə, İrəvanda, Vedidə yaşamağı düşünürük, hədəfimiz odur”.

 

 

 

 

 

"Biz onların mənfur xarakterini bildiyimiz üçün..."

 

İqtisadçı, iş adamı KOROĞLU QASIMOV bildirib ki, Göyçə mahalının Nərimanlı kənd sakinləri qaçqınlıq ərəfəsində daha çox Bakı və Gəncə şəhərlərində məskunlaşıblar. Torpaqlar azad olunandan sonra isə ölkə başçısına müraciət edərək Hadrut rayonuna köçürülmələrini xahiş ediblər. Onun sözlərinə görə, həmin kəndin əhalisi, ağsaqqal və ağbirçəkləri öz el-obasını tərk edəndən sonra uzun illər fərqli təbii mühitdə alışmağa çalışıb, buna görə böyük çətinliklər çəkiblər.

 

Qarabağda, Hadrutda olmadığını deyən K.Qasımov, məhz Hadruta köçmək istəklərinin ağsaqalların düşünülmüş şəkildə gəldiyi qənaət olduğunu deyib. Onun sözlərinə görə, Hadrut rayonunun havası, təbii iqlim şəraiti dədə-baba torpaqlarına oxşar olduğu üçün ağsaqqallar yaşamaq üçün həmin regonu seçiblər. İş adamı qeyd edib ki, artıq Hadruta köçmək istəyən insanların şəxsiyyət vəsiqələrinin surətləri xüsusi ərizələri ilə birlikdə toplanaraq ölkə başçısına ünvanlanıb:

 

“Yəqin ki, bizə verilən bu fürsətdən istifadə edib, ailələrimiz ölkə başçımızın köməkliyi ilə köçüb Hadrutda yaşayacaq.  Ermənilərin dilini, xasiyyətini biz daha yaxşı bilirik, uzun illər onlarla birlikdə yaşamşıq. Başqa dinin daha çox təbliğ olunduğu yerdə biz öz dinimizi, dilimizi qoruyub saxlamışıq.

Hesab edirəm ki, Göyçə mahalının - bizim kəndin və digər kəndlərin camaatı o yerlərə köçürülsə, Qarabağda, Xankəndidə qalan ermənilər ya sülhə gəlməyə məcbur olacaqlar, ya da çıxıb gedəcəklər. Çünki bizim camaat ermənilərin şəxsiyyətsizliyini, qorxaqlığını, əqidəsizliyini yaxşı bilir. Biz onların mənfur xarakterini bildiyimiz üçün onlarla necə davranacağımızı da yaxşı bilirik”.

 

K.Qasımov hesab edir ki, bu köçürülmə bölgə üçün böyük əhəmiyyətə malikdir. Onun sözlərinə görə, iş adamı olaraq işğaldan azad olunmuş həmin ərazilərdə yeni bərpa işlərinin başladılmasına dəstək verə bilərlər:

 

“Biz həmin ərazilərdə camaata hansısa kənd, qəsəbə verilərsə, orada  maldarlığın inkişafı ilə yanaşı,  orta məktəblərin, mədəniyyət evlərinin, uşaq bağçalarının tikilməsi prosesində iş adamlarının gücünü birləşdirməklə uğurlu işlərə imza ata bilərik”.

 

 

 

 

"Ermənilərlə daha tez dil tapıb, iki xalq arasında..."

 

Politoloq QABİL HÜSEYNLİ Göyçə camaatının Hadruta köçməklə bağlı müraciətini müsbət qarşıladığını deyir. Onun fikrincə, Azərbaycan hökumət nümayəndələri o müraciətə müsbət yanaşmalıdır.

 

Politoloq bildirib ki, 1988-ci ildə minlərlə azərbaycanlı öz mal-mülkünü indiki Ermənistan ərazisində qoyub Azərbaycana gəliblər. Bu gün həmin insanların bir qisminin Hadruta köçürülməsi qayıdış problemlərinin ilk addımları ola bilər:

 

"Düşünürəm ki, Hadruta köçən əhali ermənilərin fitnəkarlıqlarına qarşı daha tolerant siyasət apara bilər. Əlbəttə ki, onların arasında erməni dilini bilən insanlar var. Ermənilərlə daha tez dil tapıb, iki xalq arasında münasibətlərin qurulmasına töhfə verə bilərlər.

 

"Könüllü surətdə azad olunmuş ərazilərə gedib orada yaşamaq istəyən və həm də eyni kənddən olan adamların gedişi zənnimcə, daha effektli ola bilər. Bir-birini tanıyan, bir-biri ilə qohum-əqrəba olan ailələrin həmin ərazilərə köçürülməsi, birgə təsərrüfat yaratmaq və fors-major situasiyalarda bir-birini müdafiə etmək baxımından uğurlu ola bilər. Bu mənada köç siyasətində Qərbi Azərbaycandan qovulmuş əhalinin ölkə daxilində vaxtilə ermənilərin yaşadığı yerlərə köşürülməsinə çox müsbət yanaşıram”.

 

Q.Hüseynli qeyd edib ki, Azərbaycan bu köçürülmələri tez aparmalıdır. Onun sözlərinə görə, əhalinin azad olunmuş o yerlərə köçürülməsinin üstünlükləri çoxdur:

 

“Ərazilərin minadan təmizləndiyi və kommunikasiya xətlərinin çəkilişi  başa çatandan sonra həmin yerlərə toplum şəkildə köçürmələrə başlamaq lazımdır. Məsələn, Şuşada Azərbaycan komendaturası var və Prezidentin xüsusi nümayəndəsi də təyin olunub. Deməli, köç siyasəti Şuşadan da başlaya bilər, Hadrutdan da, Ağdamdan da. Ağdamda əhali azad olunmuş ərazilərin becərilməsinə başlayıb. Ən azı, 1200 hektar sahəsinə taxıl səpiblər. Əhali özü həmin ərazilərin münbit sahələrindən istifadə edib, kənd, heyvandarlıq təsərrüvatı yaratmaq istəyir. Amma bu da planlı şəkildə olmalıdır. Kim gəldi hektarlarla ərazi götürə bilməz. Təbii ki, orada yaşayan insanların yaşadığı ərazilər, pay torpaqları var. Bunlar nəzərə alınmaqla, Qarabağda birinci növbədə torpağa bağlı adamlar, torpaqda yaşayacaq, onu becərəcək adamlar qayıtmalıdır. İnsanlarn təhlükəsizliyini də təmin etmək lazımdır. Ağdamın, Füzulinin elə yerləri var ki, təpəciklərdən ibarətdir. Qoyunçuluq üçün çox əhəmiyyətlidir. Heyvanlar orda ilin 4 fəslində özünə yem tapa bilir.” /"Həftə İçi"/

 

Tahirə QAFARLI
Versus.Az

Xəbər lenti

XOCALI SOYQIRIMI - 29

Ermənistan hakimiyyəti bir çox əsiri beynəlxalq müşahidəçilərdən gizlətməklə...

Qənirə Paşayeva konfransda dünya azərbaycanlılarına çağırış etdi

"Ən vacib amillərdən biri itkilərin az olması idi"

VHP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

 “Rusiya öz hərbi bazasında Ermənistan üçün yeni ordu yaradır” - MÜSAHİBƏ

ABŞ yenidən qapılarını əcnəbilərin üzünə açdı

Deputatdan yaşlı qadınların küçələri qardan təmizləməsinə NARAZILIQ

“Xocalı Nişanəsi” adlı qısametrajlı film təqdim edilib

“Ana harayı” abidəsini ziyarət fərqli təşkil ediləcək

Soydaşlarımız Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

Komitə sədri QMƏVŞİB Tovuz rayon şöbəsinin sədri və şəhid ailəsi ilə görüşüb

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

Azərbaycan və Pakistan parlament dostluq qrupları Xocalı soyqırımına həsr olunmuş görüş keçirib

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

““5-ci kolon”-un Qarabağdakı erməni qohumlarını silib-süpürəcəyik” - MÜSAHİBƏ

"Yaxşı olardı ki, “onların eyni millət olmadığı” fikirləri dost olduğu ermənilərə desin"

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

Ölüm qorxusu - Həyat eşqi

880 yaşlı söz bağçasının həmişəbahar gülləri...

Millət vəkili şəhid Teymur Abbasovun ailəsi ilə görüşüb

Bu telekanalları izləyənlər CƏRİMƏLƏNƏCƏK

“Milan” son anda üzüldü

Tramp tərəfdarlarının yeni iğtişaşa hazırlaşdığı ehtimal edilir

“What Armenians did in Karabakh?” adlı videoçarx hazırlanıb

"Bu, sondur, “artsax” olmayacaq"

Tələbəni təhqir edən kollec direktoru CƏZALANDIRILDI

Məktəblərdən biri koronavirusa görə BAĞLANDI

Xocalı qətliamının ildönümü ilə bağlı daha bir BƏYANAT

Tikinti şirkəti qanunsuz sökdüyü obyekti bərpa etmək istəmir