Qənirə Paşayevanın yubilyarla TƏBRİK GÖRÜŞÜ

22:20 04-02-2021 | icon 73 | Cəmiyyət
Qənirə Paşayevanın yubilyarla TƏBRİK GÖRÜŞÜ

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovla Mədəniyyət Komitəsində görüşüb.

 

Versus.Az xəbər verir ki, Qənirə Paşayeva Tofiq Bakıxanovu "Şərəf" Ordeni ilə təltif olunması və 90 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

 

"Hörmətli Tofiq müəllim, Sizi, Azərbaycanın görkəmli bəstəkarı və professorunu, məşhur bakıxanovlar nəslinin layqili davamçısı və ağsaqqalını 90 illik yubileyiniz, "Şərəf" Ordeni almağınız münasibəti ilə təbrik edir, möhkəm can sağlığı diləyirik! Siz Azərbaycanın məşhur alimi, tarixçi, şair və ictimai xadim Abbasqulu Ağa Bakıxanovun nəticəsi - görkəmli tarzən, Xalq artisti Əhməd Bakıxanovun ailəsində doğulmusuz. Sizin yaradıcılığınızda kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil edir.

Siz üç balet ("Xəzər balladası", "Şərq poeması" və "Xeyir və Şər"), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığınız 3 musiqili komediya ("Altı qızın biri Pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir"), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Humayun", "Dügah"), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən artıq mahnı və romansın müəllifisiz.

Bakı Musiqi Akademiyasında 50 ildən çox pedaqoji fəaliyyətlə məşğul olmusuz. 1969-cu ildə bəri bir sıra beynəlxalq festivallarda, xarici ölkələrin məşhur konsert salonlarında müəllif konsertləri ilə çıxış etmisiz. Haqqınızda resenziyalar, monoqrafiyalar, silsilə məqalələr yazılıb, televiziya filmi çəkilib. Siz Azərbaycan Respublikasında musiqinin inkişaf etdirilməsi işində xüsusi fərqlənən görkəmli incəsənət xadimi olaraq, "Xalq artisti" fəxri adına, müstəqil Azərbaycanın yüksək "Şöhrət" və "Şərəf" ordenlərinə layiq görülmüsüz. Sizi bir daha təbrik edir, Mədəniyyət Komitəsi adından, şəxsən öz adımdan ən xoş diləklərimi yetirirəm"!

 

Komitə sədri yubilyara Komitə adından Təbrik Məktubu və üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatı təqdim edib. Xalq artisti öz sənət xatirələrini danışıb, çağdaş mədəniyyət və incəsənət aləminə dair mülahizələrini bölüşüb. Xalq artisti Tofiq Bakıxanov səmimi görüş və təbrik üçün Komitə sədri Qənirə Paşayevaya təşəkkür edib, ona "Bakıxanovlar: nəslin nəciblik ənənələri" kitabını bağışlayıb.

Versus.Az

Xəbər lenti

Qənirə Paşayeva konfransda dünya azərbaycanlılarına çağırış etdi

"Xocalı soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq"

"Ən vacib amillərdən biri itkilərin az olması idi"

VHP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

 “Rusiya öz hərbi bazasında Ermənistan üçün yeni ordu yaradır” - MÜSAHİBƏ

ABŞ yenidən qapılarını əcnəbilərin üzünə açdı

Deputatdan yaşlı qadınların küçələri qardan təmizləməsinə NARAZILIQ

“Xocalı Nişanəsi” adlı qısametrajlı film təqdim edilib

“Ana harayı” abidəsini ziyarət fərqli təşkil ediləcək

Soydaşlarımız Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

Komitə sədri QMƏVŞİB Tovuz rayon şöbəsinin sədri və şəhid ailəsi ilə görüşüb

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

Azərbaycan və Pakistan parlament dostluq qrupları Xocalı soyqırımına həsr olunmuş görüş keçirib

XOCALI SOYQIRIMI Türkiyə Böyük Millət Məclisində ANILDI

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

““5-ci kolon”-un Qarabağdakı erməni qohumlarını silib-süpürəcəyik” - MÜSAHİBƏ

"Yaxşı olardı ki, “onların eyni millət olmadığı” fikirləri dost olduğu ermənilərə desin"

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

Ölüm qorxusu - Həyat eşqi

880 yaşlı söz bağçasının həmişəbahar gülləri...

Millət vəkili şəhid Teymur Abbasovun ailəsi ilə görüşüb

Bu telekanalları izləyənlər CƏRİMƏLƏNƏCƏK

“Milan” son anda üzüldü

Tramp tərəfdarlarının yeni iğtişaşa hazırlaşdığı ehtimal edilir

“What Armenians did in Karabakh?” adlı videoçarx hazırlanıb

"Bu, sondur, “artsax” olmayacaq"

Tələbəni təhqir edən kollec direktoru CƏZALANDIRILDI

Məktəblərdən biri koronavirusa görə BAĞLANDI

Xocalı qətliamının ildönümü ilə bağlı daha bir BƏYANAT

Tikinti şirkəti qanunsuz sökdüyü obyekti bərpa etmək istəmir