16-cı mərtəbədən yıxılan uşaq sağ qalıb


Rusiyanın Ryazan vilayətində hündürmərtəbəli binadan yıxılan uşaq sağ qalıb.
TASS bu barədə ərazinin hüquq-mühafizə orqanlarına istinadən məlumat yayır.
Bildirilir ki, 12 yaşlı qız yaşayış evinin 16-cı mərtəbəsinin pəncərəsindən yıxılıb.
O, sağ qalsa da, çoxsaylı travmalar alıb.
Xəstəxanaya yerləşdirilən uşaq əməliyyat olunub.
Xəbər lenti

Bu gün qadınlar bayramıdır
Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb