"Biz hamımız dəyişdik, amma məmurlar dəyişmədi"

11:40 05-02-2021 | icon 104 | Siyasət
"Biz hamımız dəyişdik, amma məmurlar dəyişmədi"

Dinarə Məmmədova: "Məmurlar dəyişməsələr də, artıq proseslər dəyişikliyə doğru gedir"

 

"Vətən müharibəsində əldə edilmiş qələbədən sonra bir çoxları belə fikirləşdi ki, 30 il ərzində yaşadığımız çətin bir dövr artıq keçmişdə galdı, bundan sonra müsbət dəyişikliklər olacaq. Qələbədən sonra biz hamımız dəyişdik, amma məmurlar dəyişmədi. Yenə də bunların beynində bir fikir var - necə edim ki, xalqın, dövlətin pulunu mənimsəyim".

 

Versus.Az xəbər verir ki, bunu Xəbər-PS-ə müsahibəsində Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova bildirib.

 

Dinarə xanım vurğulayıb ki, bütün bunlara baxmayaraq, məmurlar dəyişməsələr də, artıq proseslər dəyişikliyə doğru gedir. Onun sözlərinə görə, dəyişikliyin olduğunu müşahidə etmək üçün bir az vaxt lazımdır:

 

"Mən şəxsən inanıram ki, əvvəlki kimi olmayacaq. Bir çox məmurları həbsxana gözləyir. Neqativ hallara qarşı mübarizə gedir. Amma elə məmurlar var ki, həmkarlarının başına gələn hadisələr sanki onlara ibrət olmur. Bir müddət keçən kimi onlar yenə də öz əməllərindən qalmırlar. Bu məmurlar işin rüşvət almaqdan, büdcəni talamaqdan ibarət olduğunu düşünürlər. İki il bundan qabaq işdən azad olunan Səlim Müslümov korrupsiya, yeyintiyə görə həbs olundu. Vəzifədən gedənlərin bəziləri fikirləşirlər ki, işdən çıxıb, evdə rahat oturub oğurladıqları pulları xərcliyəcək. Belə deyil. Bu kasıb, əziyyətlə dolanan insanların pullarını “yemək” olmaz. Bir vaxt cavab verəcəksiz".

 

D.Məmmədova Prezidentin AzTv-nin müxbirinə müsahibəsində tənqid etdiyi məmurlar məsələsinə də toxunub:

 

"Hesab edirəm ki, adları konkret çəkilən qurumların rəhbərləri istefa verməlidir. Ya da prezident bunların hamısını işdən çıxardıb, yerlərinə layiqli kadrlar qoymalıdır. Azərbaycanda məmurun istefa mədəniyyəti yoxdur. Məncə ikinci daha real görsənir. İndi görək kim və nə zaman gedəcək?"

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri: YAP buraxılmalıdır

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

“İMZA” - İlhamla Mehribanla Zirvələrə

“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

“Xocalı irsi” adlı elektron TƏQDİMAT

"Moskva vəziyyəti gərginləşdirməyə çalışır"

MCP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

"Ermənistan daha bir hərbi cinayətə qol qoyur"

ALDP-dən beynəlxalq təşkilat və dövlətlərə XOCALI ÇAĞIRIŞI

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

"Bu, iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək"

“8 Noyabr” stansiyası istismara hazırlanır