Deputat şəhid Vüsal Babayevin ailəsi ilə görüşüb

13:20 05-02-2021 | icon 59 | Cəmiyyət
Deputat şəhid Vüsal Babayevin ailəsi ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, Baş leytenant Vüsal Sübbuh oğlu Babayevin həyat yoldaşı Aynur Mirhəsən qızı Babayevaya ilə Mədəniyyət Komitəsində görüşüb.

 

Versus.Az xəbər verir ki, millət vəkili şəhid zabitin ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:

 

“Siz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş zabitimizin həyat yoldaşısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox siz şəhid ailəsi üzvləri haqq edirsiz. Şəhid zabitimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik! Şəhid Baş leytenant Vüsal Babayev Azərbaycan Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Vüsal kimi zabitlərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız, o cümlədən tarixi-mədəni abidələrimiz, mədəniyyət müəssisələrimiz, tapınaqlar Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Beləliklə, abidələrimizi təmir-bərpa etmək, onların dağılmasının qarşısını almaq və yeni mədəniyyət müəssisələri tikərək, bölgələrimizin mədəni ənənələrini, ümumən mədəni həyatı canlandırmaq imkanları yaranıb. Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm! Xahiş edirəm, mənim və Mədəniyyət Komitəsi üzvlərinin salamlarnı ailə üzvlərinizə, doğmalarınıza çatdırasız".

 

Şəhid zabitin həyat yoldaşına Mədəniyyət Komitəsi adından Məktub təqdim edilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri: YAP buraxılmalıdır

“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

“İMZA”çılar Füzuli və Horadizdə şəhid ailələrini ziyarət ediblər

“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

Yaqub Məmmədovun ÖMÜR SALNAMƏSİ

“Bu xəstələrə çiy meyvə və tərəvəz qəbulu məsləhət görülmür”

"Bu, iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək"

"Bu missiyanı bizim iqtidar öz öhdəsinə götürməlidir"

Partiya sədri əlillərin müdafiəsinə qalxdı

"Bəzi siyasilər kamera görən kimi aktyorluq edirlər"

Millət vəkilindən toy mərasimləri ilə bağlı TƏKLİF

"Qarabağı verdi, indi də Rusiyanı Qafqazdan çıxartmaq istəyir"

Hər 10 qadından 8-i bu xəstəlikdən əziyyət çəkir

Ərəb mətbuatı azərbaycanlı şərqşünasın məqaləsini yayıb

Nuru Paşanın haqq dünyasına qovuşduğu gün