Qara Qarayevin məzarı ziyarət olundu

13:47 05-02-2021 | icon 188 | Mədəniyyət
Qara Qarayevin məzarı ziyarət olundu

Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.

 

Versus.Az xəbər verir ki, mədəniyyət naziri Anar Kərimov, nazirliyin rəhbərliyi və mədəniyyət xadimləri I Fəxri xiyabanda bəstəkarın məzarını ziyarət ediblər.

 

A.Kərimov bildirib ki, Q.Qarayevin yaradıcılığı Azərbaycan musiqi mədəniyyəti tarixində parlaq səhifələri təşkil edir:

 

“Milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin ənənələrini yeni səviyyədə davam etdirən Qara Qarayev öz yaradıcılığı ilə əsl sənət məktəbi yarada bilib. Bəstəkar XX əsrin elə parlaq simalarındandır ki, onun istedad və sənətkarlığı Azərbaycan musiqi sənətinin inkişaf mərhələlərini müəyyən edib.

 

Bu, zəmanəmizin böyük bəstəkarına öz müəlliminin verdiyi yüksək qiymətdir. O, 40 illik yaradıcılıq dövründə demək olar ki, bütün janrlarda əsərlər yaradıb. Qara Qarayev üç simfoniya, simfonik janrda 20-dən çox əsər, 50-dən çox kamera əsəri, o cümlədən fortepiano üçün 24 Prelüd bəstələmiş, iki opera, iki balet, bir müzikl, Bakı, Moskva, və Leninqradın çoxsaylı teatr tamaşası və kinofimləri üçün musiqi yazıb. Bunların arasında “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri, “Leyli və Məcnun” simfonik poeması, “Alban rapsodiyası”, “Don Kixot” simfonik qravürləri xüsusilə qeyd etmək lazımdır”.

 

“Yaradıcı insanın əməyinə şübhəsiz ki, onun əsərlərinin sayı ilə yox, dünyaya tanıtdığı musiqilərin yüksək bədii keyfiyyəti ilə qiymət verilir. Bəzən bəstəkarın yaradıcılığında elə bir əsər olur ki, bu əsər tarixə düşür. Azərbaycan musiqisinin uğuru ondadır ki, Qara Qarayevin onlarla belə qiymətli əsərləri vardır. Qara Qarayev yaradıcılığının tarixi əhəmiyyəti bundadır ki, o, Azərbaycan xalq musiqisini ümumbəşəri musiqi nailiyyətləri ilə qarşılaşdırmış, onun sintezini yaratmış və bunu parlaq şəkildə nümayiş edib”, - nazir bildirib.

 

A.Kərimov əlavə edib ki, Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələri olan Rauf Hacıyev, Arif Məlikov, Xəyam Mirzəzadə, Vasif Adıgözəlov, Musa Mirzəyev, Tofiq Bakıxanov, Firəngiz Əlizadə, Azər Dadaşov, Polad Bülbüloğlu, Fərəc Qarayev, Elnarə Dadaşova Qarayev məktəbinin davamçılarıdır:

 

“Çox sevindirici haldır ki, nazirliyin təşkilati və maliyyə dəstəyi ilə 2018-ci ildən başlayaraq Fransanın məşhur “Mezzo” kanalında Qara Qarayevin simfonik və kamera-instrumental əsərləri böyük uğurla səsləndirilir. Qara Qarayev eyni zamanda sabahın musiqiçisidir. Onun parlaq yaradıcılığı artıq dünya musiqisinin ayrılmaz bir parçasıdır. Biz hələ neçə illər sonra da bu ölməz musiqinin sədasını eşidəcəyik və bundan qürur duyacağıq”.

 

Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli isə Qara Qarayev yaradıcılığının dünyada yenidən aktuallaşdığını diqqətə çatıdırıb:

 

“Qara Qarayevin əsərləri dünyanın ən möhtəşəm səhnələrində səsləndirilməli, onun ideyaları yayılmalıdır, çünki dünyanın buna ehtiyacı var. Bir də Qara Qarayev beynəlxalq festivalının bərpa edilməsini arzulayıram. Bu Azərbaycan musiqisinin dünyada daha da tanıdılmasına xidmət edəcək”.

 

Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kərimi Q.Qarayevin tələbəsi olmadığı üçün təəssüf etdiyini bildirib:

 

“Böyük sənətkarın əsərləri nə qədərki səslənir, ifa edilir o qəlbimizdə olacaq. Azərbaycan durduqca onun əsərləri mədəniyyətimizdə əsas yeri tutacaq və nümunə olacaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

““5-ci kolon”-un Qarabağdakı erməni qohumlarını silib-süpürəcəyik” - MÜSAHİBƏ

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

Nənə nəvələrindən 19 milyon dollar təzminat aldı

"Xalqın pulunu talayacaqlar, sonra da bağışlanacaqlar?"

Diareya – ishal barəsində nələri bilmirik?

“Növbəti xəyanətin qarşısını almalıyıq” - MÜSAHİBƏ

MCP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

Soyqırımını dünyaya tanıtmaqda davam etməliyik

Dünyasını dəyişdirən, arzusunu gerçəkləşdirən Şuşa fatehi

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar BƏYANAT

ALDP-dən beynəlxalq təşkilat və dövlətlərə XOCALI ÇAĞIRIŞI

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

Bakıda çovğun olacaq - XƏBƏRDARLIQ