Deputat gənclərlə görüşüb

14:09 05-02-2021 | icon 95 | Siyasət
Deputat gənclərlə görüşüb

Naqif Həmzəyev: "Gənclərimizə gələcək Azərbaycanın qurucuları kimi böyük ümidlərlə baxırıq"

 

YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev gənclərlə onlayn formatda görüş keçirib.

 

Versus.Az xəbər verir ki, ölkəmizin tarixinə qızıl hərflərlə yazılan 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan gənclərinin vətənpərvərlik tərbiyəsində yeni mərhələ olduğunu qeyd edən millət vəkili böyük iftixarla bildirib ki, gənclərimizə gələcək Azərbaycanın qurucuları kimi böyük ümidlərlə baxırıq.

 

Vətən müharibəsi Azərbaycan gənclərinin milli vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunu, mənəvi dəyərlərə sadiqliklərini bir daha təsdiq etdi. Bu gün demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır.

 

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərə önəm verilməsinə, gənclərə etimad göstərilməsinə diqqət çəkən Naqif Həmzəyev qeyd edib ki, ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirilməsində gənclərin üzərinə böyük məsuliyyət düşür.

 

Adətən cəmiyyətə yenilik onun ən dinamik, çevik, enerjili və novator təbəqəsi olan gənclər tərəfindən gətirilir. Məhz bunu üçün gənclərimiz yeni çağırışlara uyğun şəkildə fəaliyyət göstərməlidirlər. Bu baxımdan Ümummilli lider Heydər Əliyevin "Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır" fikri öz aktuallığını qoruyub saxlayır.

 

Görüşdə dövlətin gənclərin inkişafı, cəmiyyətdə öz layiqli yerlərini tutmaları, layiqli vətəndaş kimi formalaşmaları üçün lazımi şərait yaratdığı qeyd edilib.

 

Gənclər də öz növbələrində dövlətin yaratdığı münbit şəraitdən istifadə etməklə həyatda özlərini təsdiq edəcəklərini. onlara yaradılan imkanlardan səmərəli faydalanacaqlarını vurğulayıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

““5-ci kolon”-un Qarabağdakı erməni qohumlarını silib-süpürəcəyik” - MÜSAHİBƏ

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

"Xalqın pulunu talayacaqlar, sonra da bağışlanacaqlar?"

“Növbəti xəyanətin qarşısını almalıyıq” - MÜSAHİBƏ

Diareya – ishal barəsində nələri bilmirik?

MCP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

Soyqırımını dünyaya tanıtmaqda davam etməliyik

Dünyasını dəyişdirən, arzusunu gerçəkləşdirən Şuşa fatehi

“Xocalı irsi” adlı elektron TƏQDİMAT

ALDP-dən beynəlxalq təşkilat və dövlətlərə XOCALI ÇAĞIRIŞI

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar BƏYANAT

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

"Moskva vəziyyəti gərginləşdirməyə çalışır"

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ