Məhbus qeyri-adi nərd hazırlayıb

14:35 05-02-2021 | icon 176 | Cəmiyyət
Məhbus qeyri-adi nərd hazırlayıb

Nərd deyəndə ağlımıza ənənəvi – taxtadan hazırlanan, üzərində müxtəlif təsvir və naxışların əks olunduğu forma gəlir. Ədliyyə Nazirliyinin 15 saylı cəzaçəkmə müəssisəsindəki məhkum isə xüsusi formalı nərd hazırlayır.

 

Versus.Az bununla bağlı “Report”un cəzaçəkmə müəssisəsindən hazırladığı reportajı təqdim edir:

 

Xüsusi zövqlə, taxta üzərində əllə oyma sənəti ilə işlənən nərdi digərlərindən fərqləndirən əsas cəhət üz qapağında xüsusi şüşənin istifadə olunmasıdır. Şüşənin altında isə milli-mənəvi dəyərlərimizi əks etdirən müxtəlif fiqurlar, dövlət atributları, yaxud sifarişə əsasən müxtəlif qurumların emblemləri yerləşdirilir.

 

Bundan başqa, nərdə şahmat və dama oynamaq üçün xüsusi taxta da əlavə olunub.

 

Məhkum bildirir ki, belə bir nərdi hazırlamaq öz ideyasıdır.

 

O, məhkum olunana qədər zərgərliklə məşğul olub, nərd hazırlamaq sənətini isə cəzaçəkmə müəssisəsində öyrənib. Ancaq bu işi də elə zərgər dəqiqliyi və zərgər zövqü ilə işləyir. Onun hazırladığı nərd böyük marağa səbəb olub.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

““5-ci kolon”-un Qarabağdakı erməni qohumlarını silib-süpürəcəyik” - MÜSAHİBƏ

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

"Xalqın pulunu talayacaqlar, sonra da bağışlanacaqlar?"

Diareya – ishal barəsində nələri bilmirik?

“Növbəti xəyanətin qarşısını almalıyıq” - MÜSAHİBƏ

MCP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

Soyqırımını dünyaya tanıtmaqda davam etməliyik

Dünyasını dəyişdirən, arzusunu gerçəkləşdirən Şuşa fatehi

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar BƏYANAT

ALDP-dən beynəlxalq təşkilat və dövlətlərə XOCALI ÇAĞIRIŞI

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

Bakıda çovğun olacaq - XƏBƏRDARLIQ

Koronavirusa yoluxanların sayı yenidən 200-ü keçdi