30 min dollar üçün mübarizəyə başlayır

11:08 06-02-2021 | icon 188 | İdman
30 min dollar üçün mübarizəyə başlayır

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov bu gün onlayn Çempionlar Turunun üçüncü mərhələsində mübarizəyə start verəcək.

 

Versus.Az xəbər verir ki, bu mərhələ çərçivəsində keçiriləcək yarış “Opera Yuro Rapid” turniri adlanır.

 

Təcrübəli qrossmeyster ilk oyun günündə beş şahmatçı ilə üz-üzə gələcək. Rəcəbov Matias Blübaum (Almaniya), Sem Şanklənd, Leynyer Dominqes (hər ikisi ABŞ), Yan-Kşıştof Duda (Polşa) və Aleksandr Qrişukun (Rusiya) müqavimətini qırmağa çalışacaq. İlk qarşılaşmalar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Bu şahmatçılardan başqa, dünya çempionu Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa), Din Lijen (Çin), Hikaru Nakamura, Vesli So (hər ikisi ABŞ), Levon Aronyan (Ermənistan), Yan Nepomnyaşi, Daniil Dubov (Rusiya), Aniş Qiri (Niderland) və Vidit Qucrati (Hindistan) də turnirdə yarışacaq. Yarışın ən reytinqli şahmatçısı Maqnus Karlsen (2881), ən aşağı reytinqlisi isə Matias Blübaumdur (2562). Teymur bu göstəricidə 11-cidir (2758).

 

3 gün ərzində keçiriləcək ilkin mərhələnin oyunlarından sonra 16 şahmatçıdan 8-i pley-offa vəsiqə qazanacaq. 9-10 fevralda 1/4 final, 11-12 fevralda yarımfinallar və 13-14 fevralda finallar oynanılacaq.

 

Yarışın mükafat fondu 100 min dollardır. Qalib 30 min, ikinci yerin sahibi 15 min dollar qazanacaq.

 

Qeyd edək ki, Teymur Rəcəbov Çempionlar Turunun ikinci mərhələsi olan “Airthings Masters” yarışının finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək çempion olub və 60 min dollara sahib çıxıb. Bu səbəbdən də Rəcəbov hazırda 91 xalla 19 şahmatçının olduğu turnir cədvəlinə rəhbərlik edir. /Oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri: YAP buraxılmalıdır

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

“İMZA” - İlhamla Mehribanla Zirvələrə

“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

“Xocalı irsi” adlı elektron TƏQDİMAT

"Moskva vəziyyəti gərginləşdirməyə çalışır"

"Ermənistan daha bir hərbi cinayətə qol qoyur"

"Bu, iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək"

"Bu missiyanı bizim iqtidar öz öhdəsinə götürməlidir"

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

ALDP-dən beynəlxalq təşkilat və dövlətlərə XOCALI ÇAĞIRIŞI

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

“8 Noyabr” stansiyası istismara hazırlanır