Şəhid Ərtoğrul Nadirlinin ailəsi ilə görüş

11:40 06-02-2021 | icon 159 | Cəmiyyət
Şəhid Ərtoğrul Nadirlinin ailəsi ilə görüş

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, leytenant Ərtoğrul Nadirlinin atası Hümbət Nadirli ilə görüşüb.

 

Versus.Az xəbər verir ki, millət vəkili şəhid atasını tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb.

 

Ərtoğrul Nadirli (31.03.1997; Sədərək— 02.10.2020; Kəlbəcər) Azərbaycan Prezidentinin Sərəncamları ilə "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub. Q.Paşayeva canını Vətən uğrunda fəda etmiş zabitin atasının, ailə üzvlərinin fədakarlığını, dəyanət və mətanətini xüsusi vurğulayıb:

 

"Oğlunuzun nəşi, şəhidliyindən 52 gün sonra Sədərək Şəhidlər Xiyabanında dəfn edilib. Siz 52 gün yol gözləmisiz; sizin “təki balam gəlsin, qurban kəsəcəyəm” sözünüz və Ərtoğrulun cənazəsi gələn gün, tabutun önündə qurban kəsməyiniz bütün respublikada, dünya azərbaycanlıları arasında geniş təsir oyatdı. Oğlunuz tarixi zəfərin qazanılmasında öz rolunu oynadığı kimi, siz də öz ata dəyanətinizlə örnək oldunuz. Biz Sizə çox minnətdarıq. Övladınızın ruhu qarşısında baş əyirik! Ruhu şad olsun"!

 

Görüşdə "Xalça dünyası" MMC-nin direktoru Əhməd Hüseynov, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB sədri Arzu Bağırova iştirak edib.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri: YAP buraxılmalıdır

“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

“İMZA”çılar Füzuli və Horadizdə şəhid ailələrini ziyarət ediblər

“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

Yaqub Məmmədovun ÖMÜR SALNAMƏSİ

“Bu xəstələrə çiy meyvə və tərəvəz qəbulu məsləhət görülmür”

"Bu, iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək"

"Bu missiyanı bizim iqtidar öz öhdəsinə götürməlidir"

Partiya sədri əlillərin müdafiəsinə qalxdı

"Bəzi siyasilər kamera görən kimi aktyorluq edirlər"

Millət vəkilindən toy mərasimləri ilə bağlı TƏKLİF

"Qarabağı verdi, indi də Rusiyanı Qafqazdan çıxartmaq istəyir"

Hər 10 qadından 8-i bu xəstəlikdən əziyyət çəkir

Ərəb mətbuatı azərbaycanlı şərqşünasın məqaləsini yayıb

Nuru Paşanın haqq dünyasına qovuşduğu gün