"Ətrafına deyib ki, Bayden 78 yaşında prezident oldu, biz də...”

09:15 08-02-2021 | icon 111 | Siyasət
"Ətrafına deyib ki, Bayden 78 yaşında prezident oldu, biz də...”

Hafiz Hacıyev: "Ramiz Mehdiyev Rusiyanın dairələri ilə güclü şəkildə işləyir"

 

“Keçmiş nəqliyyat naziri Ziya Məmmədov xarici dövlətlərdə müəyyən dairələrlə ciddi iş aparır. Dövlət orqanları bunu araşdırıb Prezidentə müfəssəl məlumat verə bilərlər”.


Versus.Az xəbər verir ki, bu sözləri Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev işdən azad edilən keçmiş məmurlar haqqında danışarkən deyib.


Partiya sədri bildirib ki, həmçinin AZAL prezidenti Cahangir Əsgərov keçmişdə olan hadisədən sui-istifadə edir, prezidentə qarşı iş aparır.

 

MMP sədri hesab edir ki, AZAL prezidenti də təcili həbs edilməlidir:

“Artıq hər şeyə son qoymaq lazımdır. Ramiz Mehdiyev həbs olunmalıdır. O, Rusiyanın dairələri ilə güclü şəkildə işləyir. Onun bir projesi Eldar Həsənov idi, artıq həbs edilib, yenə rezerv kadrları var. Öz ətrafına deyib ki, hakimiyyətə gələcəyik, Bayden 78 yaşında prezident oldu, biz də iqtidara gələcəyik”.


H.Hacıyevin fikrincə, Prezident Administrasiyasında hələ də R.Mehdiyevin kadrları çalışır, təzə gətirilənlər isə çox gəncdir, səriştələri yoxdur.

MMP sədri Prezidentə islahatların aparımasında dəstək verməyə hazır olduğunu söyləyib. /Reportyor.info/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri: YAP buraxılmalıdır

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

“İMZA” - İlhamla Mehribanla Zirvələrə

“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

“Xocalı irsi” adlı elektron TƏQDİMAT

"Moskva vəziyyəti gərginləşdirməyə çalışır"

MCP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

"Ermənistan daha bir hərbi cinayətə qol qoyur"

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

ALDP-dən beynəlxalq təşkilat və dövlətlərə XOCALI ÇAĞIRIŞI

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

"Bu, iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək"

“8 Noyabr” stansiyası istismara hazırlanır