Komitə sədri Xalq artisti Ağakişi Kazımovu ziyarət edib

12:23 08-02-2021 | icon 451 | Mədəniyyət
Komitə sədri Xalq artisti Ağakişi Kazımovu ziyarət edib

Komitə sədri Xalq artisti Ağakişi Kazımovu evində ziyarət edib və ona qısa zamanda sağlamlığına təkrar qovuşmasını diləyib.

 
 
Versus.Az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın Respublikasının Xalq artisti, professor Ağakişi Kazımovu evində ziyarət edib, sağlıq durumu, müalicəsinin gedişatı ilə maraqlanıb.
 
 
Xalq artisti bir ildən artıqdır səhhətində yaranmış problemlərlə bağlı ardıcıl müalicələr alır. Ağakişi Kazımovu özünəməxsus ənənələri olan Azərbaycan teatr rejissorluğu məktəbinin mogikanı, duayeni adlandıran Q.Paşayeva onunla ürək sözlərini bölüşüb:
 
 
"Siz görkəmli teatr rejissoru, aktyor, elm və incəsənət xadimi olaraq məhsuldar və çoxşaxəli yaradıcılıq yolu keçmisiz. Ötən ilin payızında Sizin 85 yaşınız tamam olub. Pandemiya məhdudiyyətləri səbəbi ilə yubiley mərasimləri keçirilməsə də, Sizin adınız, yaradıcılığınız həmişə xalqımız, dövlətimiz üçün əzizdir. Sizə möhkəm can sağlığı diləyirik! Siz bir sıra teatrlarımızın direktoru, baş rejissoru və bir sənətkar olaraq məhsuldar yaradıcılıq yolu keçmisiz. Sizin quruluşlarınız monumental səhnə həlli, milli ənənəyə sadiqliklə səciyyələnir; müxtəlif janrlı tamaşalarınız Sizin yaradıcılığınızın estetik mahiyyətini təcəssüm etdirir. Sizə Mədəniyyət Komitəsinin hörmət və ehtiramını çatdırır, tezliklə sağalmağınızı arzu edirik. Biz də gücümüzün çatdığı qədər yanınızdayıq".
 
 
Ağakişi Kazımov və sənətkarın həyat yoldaşı, Əməkdar artist Mehriban Abdullayeva Komitə sədrinə ziyarət üçün təşəkkür edib.
 
 
 
 
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri: YAP buraxılmalıdır

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

“İMZA” - İlhamla Mehribanla Zirvələrə

“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

“Xocalı irsi” adlı elektron TƏQDİMAT

"Moskva vəziyyəti gərginləşdirməyə çalışır"

"Ermənistan daha bir hərbi cinayətə qol qoyur"

"Bu, iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək"

"Bu missiyanı bizim iqtidar öz öhdəsinə götürməlidir"

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

ALDP-dən beynəlxalq təşkilat və dövlətlərə XOCALI ÇAĞIRIŞI

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

“8 Noyabr” stansiyası istismara hazırlanır