Şuşa torpağı, saç teli, daraq… ”Qarabağ İgidləri” Muzeyində sərgilənir - VİDEO

12:37 08-02-2021 | icon 110 | Cəmiyyət
Şuşa torpağı, saç teli, daraq… ”Qarabağ İgidləri” Muzeyində sərgilənir - VİDEO

Gəncə şəhər sakini Elnarə Tağıyevanın evində olduq. Elnarə xanım yaşadığı evi Şəhid və qazilərimizin xatirəsinə hörmət əlaməti olaraq onların şəxsi əşyalarından ibarət muzeyə çevirib. “Qarabağ İgidləri” adlı muzeydə Şəhidlərin şəxsi əşyalarından ibarət 3 minə yaxın eksponat mövcuddur.

 

Elnarə xanımla söhbətimiz zamanı bildirdi ki, o, 1992-ci ildə Müdafiə Nazirliyinin nəzdində yerləşən Əşya Əmlak Xidməti kombinatının Gəncə qornizonununda işləyib. Cəbhə bölgələrində xidmət edən əsgərlərə məxsus paltarların yuyulması ilə məşğul olan Elnarə xanım hər gün 100-lərlə igid, vətənpərvər oğllarla həmsöhbət olub. Tanıdığı əsgərlərin şəhid olduğunu eşidən Elnarə xanım düşünüb ki, gördüyü hər döyüşçüdən bir əşya alıb saxlasa, onların adını yaşadacaq muzey yarada bilər. Elə bir muzey ki, Qarabağ savaşında hünər göstərənlərin xatirəsini əbədi olaraq özündə daşısın. Beləliklə evi muzey halına gətirib çıxaran Elnarə xanım döyüşcülərimizlə görüşləri zamanı onların hər biridən müxtəlif şəxsi əşyalarını alır və özünün yaratdığı muzeyə gətirir.

 

Buradakı əşyaların hər birinin maraqlı hekayəsi var. Muzeydə əsgərlərin geyimləri, cib daraqları, təsbehlər, qol saatıları, papaqlar, çəkmələr hətta boyunbağılar belə mövcuddur. Elnarə xanım otağın bir hissəsini siqaretlər üçün ayırıb. Burada 500-ə qədər siqaret sərgilənir.

 

Diqqət çəkan maqamlardan biri də siqaretlərin hər birinin üzərində döyüşcülərin ürək sözlərinin yazılması oldu. Müharibənin dəhşətini, insanların ağrı-acısını özündə əks etdirın əşyalarda həm də şərəf, qürur, Vətənə məhəbbət həkk olunub. Yaralanan əsgərin cibindəki pulu, əlindəki üzüyü, alışqanı… Sanki onlar da bilirdilər ki, şəhid olacaqlar və onlardan qalan sadəcə xatirələr olacaq. Saxlanılan kiçik yazılara, siqaretlərin üzərindəki qeydlərə baxdıqca düşünürəm ki, görəsən bu qeydləri yazan döyüşçülərdən hansı şəhidlik zirvəsinə ucalıb, hansı sağlamlığını itirib, hansı yaddaşından silinməyəcək anlarla birgə yaşayır.Onlar ölməzlik zirvəsini fəth etmək üçün canlarından keçdilər, Ana Vətəni, torpağı qorudular.

 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun erməni işğalçıları üzərindəki Qələbədən sonra da Elnarə Tağıyeva muzey üçün əşyalar toplamağa başlayıb. Muzeydə 3 Milli Qəhrəmanımızın – Yusif Mirzəyev, Mübariz İbrahimov və Elton İsgəndərovun adının həkk olunduğu çarpayı xüsusi ilə seçilir. Elnarə xanım bu simvolik yataqları hazırlayarkən Qarabağ müharibəsində işlədilən yataq dəstlərindən istifadə edib. Bu gün “Qarabağ İgidləri” muzeyində , düşməndən götürülmüş qənimətlər, Şuşa torpağı, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun saç teli,papağı, əsirlikdə olan igidlərin şəxsi əşyaları və daha nələr nələr sərgilənməkdədir. /Gəncə TV/

 

 

Nurlana Abdullayeva
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri: YAP buraxılmalıdır

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

“İMZA” - İlhamla Mehribanla Zirvələrə

“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

“Xocalı irsi” adlı elektron TƏQDİMAT

"Moskva vəziyyəti gərginləşdirməyə çalışır"

MCP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

"Ermənistan daha bir hərbi cinayətə qol qoyur"

"Bu, iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək"

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

ALDP-dən beynəlxalq təşkilat və dövlətlərə XOCALI ÇAĞIRIŞI

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

"Bu missiyanı bizim iqtidar öz öhdəsinə götürməlidir"