Mədəniyyət Komitəsində "Xan Şuşinski Fondu"nun rəhbəri ilə görüş

09:42 09-02-2021 | icon 420 | Mədəniyyət
Mədəniyyət Komitəsində "Xan Şuşinski Fondu"nun rəhbəri ilə görüş

Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva "Xan Şuşinski Fondu"nun rəhbəri Bəyimxanım Verdiyeva və Xalq artisti Fikrət Verdiyevlə Mədəniyyət Komitəsində görüşüb.

 

Versus.Az xəbər verir ki, görüşdə ictimai birliyin həyata keçirdiyi və planlaşdırdığı tədbirlər, yeni layihələr ətrafında fikir mübadiləsi aparılıb.

 

Q.Paşayeva B.Verdiyevaya üzərində "Şuşa - Azərbaycandır!" yazılmış qol saatı bağışlayaraq, ürək sözlərini bölüşüb:

 

"Şuşa deyilincə yada düşən ilk adlardan biri Xan əminin adıdır. Bəyimxanım müəllimə, Siz onun övladı və Xalq artisti olan dəyərli həyat yoldaşınız Fikrət müəllimlə birgə "Xan Şuşinski Fondu" xətti ilə, sənətkarın irsinin qorunması, təbliğ olunması sahəsində öz xidmətlərinizi göstərirsiz. Sizin hər ikiniz tanınmış aydınlarımızsız, inanıram ki fondunuz vasitəsi ilə Mədəniyyət Paytaxtımız Şuşanın dirçəldilməsi işinə, bu il keçiriləcək "Xarıbülbül" festivalı və "Vaqif Poeziya Günləri"nə ictimai platformadan öz mənəvi dəstəyinizlə töhfə verəcəksiz. Özəlliklə, Xan əminin 120 illik yubileyinin bu ilə təsadüf etməsi də, Sizin Fondun üzərinə mənəvi məsuliyyət qoyur. İnanıram ki əlaqədar dövlət orqanları ilə sıx əməkdaşlıq ortamında sənətkarın yubileyinin, uyğun zamanda, onun adına layiq keçirilməsi üçün çalışacaqsız. Biz də, Mədəniyyət Komitəsi olaraq, yanınızdayıq".

 

Fond rəhbəri və Xalq artisti səmimi qəbul və ətraflı müzakirə imkanı üçün Q.Paşayevaya təşəkkür edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

““5-ci kolon”-un Qarabağdakı erməni qohumlarını silib-süpürəcəyik” - MÜSAHİBƏ

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

"Xalqın pulunu talayacaqlar, sonra da bağışlanacaqlar?"

Diareya – ishal barəsində nələri bilmirik?

“Növbəti xəyanətin qarşısını almalıyıq” - MÜSAHİBƏ

MCP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

Soyqırımını dünyaya tanıtmaqda davam etməliyik

Dünyasını dəyişdirən, arzusunu gerçəkləşdirən Şuşa fatehi

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar BƏYANAT

ALDP-dən beynəlxalq təşkilat və dövlətlərə XOCALI ÇAĞIRIŞI

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

Bakıda çovğun olacaq - XƏBƏRDARLIQ

Koronavirusa yoluxanların sayı yenidən 200-ü keçdi