Naxçıvanda yeni hərbi hissələr yaradılıb


Fevralın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni yaradılan hərbi hissələrə döyüş bayraqlarını təqdim edib.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin sədrinə raport verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov şəxsi heyəti salamlayıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərbi hissələrə döyüş bayraqlarının verilməsi ilə bağlı təqdimatlarını oxuyub.
Ali Məclisin sədri yeni yaradılmış hərbi hissələrə döyüş bayraqlarını təqdim edib.
Xəbər lenti

“Pakistanla birgə hərbi təlimlərin vaxtı çatıb”
PREZİDENT: "Pakistandan hərbi avadanlıq almışıq və bu prosesi davam etdirmək arzusundayıq"