Komitə sədrinin şəhid ailələri ilə görüşləri davam edir

09:19 10-02-2021 | icon 119 | Cəmiyyət
Komitə sədrinin şəhid ailələri ilə görüşləri davam edir

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Əliqismət Yaqublunun atası Mükafat Elşad oğlu Yaqubovla görüşüb.

 

Versus.Az xəbər verir ki, Qənirə Paşayeva Lerik rayon sakini, Vətən Müharibəsinin şəhidi, Lerik rayon sakini, Baş Leytenant Əliqismət Yaqublunun atası Mükafat Elşad oğlu Yaqubovla Mədəniyyət Komitəsində görüşüb.

 

Millət vəkili şəhid ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:

 

“Əziz şəhid atası, Sizin oğlunuz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda edib. İşğalçı düşmən üzərində qələbəyə görə təbrik və təşəkkürü ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik! Əliqismət 2016-cı il Aprel döyüşlərində də iştirak edib. Vətən Müharibəsi başlayınca döyüşlərə atılaraq, Murovdağ, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa istiqamətindəki döyüşlərdə qəhrəmanlıqla iştirak edib. Oğlunuz Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq, rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə “Azərbaycan Bayrağı” yüksək ordeni ilə, habelə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Əliqismət kimi zabitlərimizlə hər zaman qürur duyacağıq! Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Tarixi zəfər münasibəti ilə Sizə Mədəniyyət Komitəsi adından bir daha təbrik və təşəkkürlərimizi yetirirəm”!

 

Şəhidin atasına Mədəniyyət Komitəsi adından Məktub təqdim edilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri: YAP buraxılmalıdır

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

“İMZA” - İlhamla Mehribanla Zirvələrə

“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

“Xocalı irsi” adlı elektron TƏQDİMAT

"Moskva vəziyyəti gərginləşdirməyə çalışır"

"Ermənistan daha bir hərbi cinayətə qol qoyur"

"Bu, iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək"

"Bu missiyanı bizim iqtidar öz öhdəsinə götürməlidir"

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

ALDP-dən beynəlxalq təşkilat və dövlətlərə XOCALI ÇAĞIRIŞI

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

“8 Noyabr” stansiyası istismara hazırlanır