Razi Nurullayev: "Məni iki məqam narahat edir, hansı ki, Xalid razı deyildi onları səsləndirim"
44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək yaralanan qazilərimizdən biri də Xalid Gülməmmədovdur. Xalid Gülməmmədov minaya düşüb, bir ayağını, iki gözünü itirib.
Versus.Az xəbər verir ki, millət vəkili Razi Nurullayev həmkarı Ceyhun Məmmədovla birlikdə qazimizi ziyarət edib.
Görüş zamanı Xalid xalqdan, dövlətdən razılıqla danışıbi. Bildirib ki, vətəndaşlarımız onu tək qoymayıb.
Qazimiz gözünün nurunun bərpa olunmasına ümid edir. Görüşlə bağlı fikirlərini bölüşən R.Nurullayev yaxın zamanlarda xaricdən həkimlərin gələcəklərini və 101 nəfər qazimizə ilk qiymətləndirmə edəcəklərini vurğulayıb:
"Məni iki məqam narahat edir, hansı ki, Xalid razı deyildi onları səsləndirim. Amma dedim ki, Xalid, mən bunu bütün yaralı qaziərimiz üçün deyirəm. Biz bütün dünyada 40 milyonluq xalqıq, amma göstərdiyimiz dəstək 40 milyonun gücündə deyil.
Çox şey çox fərqli olmalı idi. Xalid heç narazı deyil, qürurludur, razıdır, ümidlidir və vətəninə bağlıdır. Əsil zabit dəyanəti və qeyrəti var, bu mənim qəlbimi fəxrlə doldurdu".
Millət vəkili o iki narahat olduğu məqamı Xalidlə söhbətiinin videosunda səsləndirib.
SEVDA
Versus.Az