İcra başçısının oğlu da işdən çıxarıldı

15:35 10-02-2021 | icon 141 | Hadisə
İcra başçısının oğlu da işdən çıxarıldı

Ötən il sərt karantin rejimində Yasamal rayonunda keçirilən geniş əməliyyat zamanı vətəndaşlara qarşı fiziki təzyiqləri ilə gündəmə gələn Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şəhriyar Hüseynzadə işdən çıxarılıb. 

 

Versus.Az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə kapitan Şəhriyar Hüseynzadə xidmətdə törətdiyi nöqsanlara, eləcə də dəfələrlə 30-cu Polis Şöbə və RPİ rəhbərliyinin iradlarından nəticə çıxarmadığına görə vəzifəsindən azad edilib. 

 

Qeyd edək ki, Ş. Hüseynzadənin atası Ağcabədi rayon icra başçısı Rafil Hüseynov, qayınatası isə Suraxanı rayon icra başçısı Əziz Əzizovdur. 

 

O, Yasamal RPİ-nin əməkdaşı olub, həmin hadisədən sonra isə Suraxanıya göndərilib. /Qafqazinfo/

 


 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri: YAP buraxılmalıdır

“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

“İMZA”çılar Füzuli və Horadizdə şəhid ailələrini ziyarət ediblər

“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

“Bu xəstələrə çiy meyvə və tərəvəz qəbulu məsləhət görülmür”

Yaqub Məmmədovun ÖMÜR SALNAMƏSİ

"Bu, iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək"

"Bu missiyanı bizim iqtidar öz öhdəsinə götürməlidir"

Partiya sədri əlillərin müdafiəsinə qalxdı

"Bəzi siyasilər kamera görən kimi aktyorluq edirlər"

Millət vəkilindən toy mərasimləri ilə bağlı TƏKLİF

"Qarabağı verdi, indi də Rusiyanı Qafqazdan çıxartmaq istəyir"

Ərəb mətbuatı azərbaycanlı şərqşünasın məqaləsini yayıb

Nuru Paşanın haqq dünyasına qovuşduğu gün

"...Bundan sonra vahid jurnalist vəsiqəsi tətbiq edilməlidir" - MÜSAHİBƏ