Biri daxili, digəri xarici siyasətə üstünlük verir

10:33 11-02-2021 | icon 149 | Siyasət
Biri daxili, digəri xarici siyasətə üstünlük verir

Fuad Əliyev: "Ola bilər ki, təkbətək görüşlər olub..."

 

Son illərdə ABŞ səfirliyi, eləcə də Qərb institutları Azərbaycan müxalifəti ilə təmasları azaldıb. Halbuki əvvəllər belə deyildi. Siyasi partiyalarla, QHT rəhbərləri, müxalif medianın baş redaktorları ilə görüşlər keçirilirdi. ABŞ səfirliyi bu istiqamətdə ən aktiv səfirlik hesab olunurdu. Amma indi belə deyil. Səbəb nədir?

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, ABŞ səfirliyi iki səbəbə görə bu görüşləri keçirmiyə bilər.

 

Partiya sədrinin sözlərinə görə, Tramp administrasiyası daha çox daxili siyasətə fikir verirdi:

 

"Tramp ABŞ iqtisadiyyatını yüksəltmişdi. Bu da Amerikanın dünyada mövqeyinin güclənməsinə səbəb olmuşdu. Digər səbəb kimi isə COVİD-19-u göstərə bilərəm. Belə ki karantin dövründə görüşlərin böyük formatda keçirilməsi məqsədəuyğun hesab olunmayıb. Ola bilər ki, təkbətək görüşlər olub. Ona görə də, ABŞ səfirliyinin fəaliyyətsizliyi müşahidə olunub".

 

Fuad Əliyevin fikrincə, Bayden dövründə belə olmayacaq. Onun sözlərinə görə, Demokratlar Partiyası daha çox xarici siyasətə üstünlik verir:

 

"Başqa ölkələrdə ”demokratiya" adı ilə inqilablara dəstək verirdi, ölkələrin daxili işlərinə qarışırdı. Amma son prezident seçkilərindən sonra ABŞ başqa ölkələrə demokratiya dərsi keçə bilməyəcək". /Yeni Müsavat/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri: YAP buraxılmalıdır

“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

“İMZA”çılar Füzuli və Horadizdə şəhid ailələrini ziyarət ediblər

“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

“Bu xəstələrə çiy meyvə və tərəvəz qəbulu məsləhət görülmür”

Yaqub Məmmədovun ÖMÜR SALNAMƏSİ

"Bu, iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək"

"Bu missiyanı bizim iqtidar öz öhdəsinə götürməlidir"

Partiya sədri əlillərin müdafiəsinə qalxdı

"Bəzi siyasilər kamera görən kimi aktyorluq edirlər"

Millət vəkilindən toy mərasimləri ilə bağlı TƏKLİF

"Qarabağı verdi, indi də Rusiyanı Qafqazdan çıxartmaq istəyir"

Ərəb mətbuatı azərbaycanlı şərqşünasın məqaləsini yayıb

Nuru Paşanın haqq dünyasına qovuşduğu gün

"...Bundan sonra vahid jurnalist vəsiqəsi tətbiq edilməlidir" - MÜSAHİBƏ