"İndi Çingizin bütün cəbhə yoldaşları Sizin oğlunuzdur"

17:05 11-02-2021 | icon 94 | Cəmiyyət
"İndi Çingizin bütün cəbhə yoldaşları Sizin oğlunuzdur"

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Lerik rayon sakini, Vətən Müharibəsinin şəhidi Çingiz Babayevin anası Sevinc Rəhman qızı Babayeva ilə Mədəniyyət Komitəsində görüşüb.

 

Versus.Az xəbər verir ki, şəhid ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:

 

“Sizin yeganə oğlunuz Vətən uğrunda döyüşərək öz canını fəda edib. İşğalçı düşmən üzərində qələbəyə görə təbrik və təşəkkürü ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Vətəncanlı oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik! Çingiz 03 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə başlayıb. 27 sentyabr 2020-ci ildə Vətən Müharibəsi başlayınca o da döyüşlərdə iştirak edib və 10 oktyabrda, şiddətli döyüş zamanı Suqovuşan ərazisində şəhid olub. Oğlunuz Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edib və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə təltif olunub. Çingiz kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Tarixi zəfər münasibəti ilə Sizə Mədəniyyət Komitəsi adından bir daha təbrik və təşəkkürlərimizi yetirirəm! İndi Çingizin bütün cəbhə yoldaşları Sizin oğlunuzdur, Siz indi yalnız Çingizin deyil, Çingizi özünə qardaş bilən, Sizin ana əlinizi öpən bütün Azərbaycan oğullarının anasısız”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

““5-ci kolon”-un Qarabağdakı erməni qohumlarını silib-süpürəcəyik” - MÜSAHİBƏ

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

Nevroloji xəstəliklərin 9 əlaməti – TƏCİLİ HƏKİMƏ

Nənə nəvələrindən 19 milyon dollar təzminat aldı

İnsanı öldürə bilən 6 qidadan biri - BADIMCAN

İçdiyimiz çay hansı halda xərçəng yaradır?

...İnsanlar acından deyil, toxluqdan ölür

"Xalqın pulunu talayacaqlar, sonra da bağışlanacaqlar?"

Diareya – ishal barəsində nələri bilmirik?

“Növbəti xəyanətin qarşısını almalıyıq” - MÜSAHİBƏ

MCP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

Soyqırımını dünyaya tanıtmaqda davam etməliyik

Dünyasını dəyişdirən, arzusunu gerçəkləşdirən Şuşa fatehi

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar BƏYANAT