Qənirə Paşayeva şəhid tankçımızın ailəsi ilə görüşüb

17:08 11-02-2021 | icon 104 | Cəmiyyət
Qənirə Paşayeva şəhid tankçımızın ailəsi ilə görüşüb

Qənirə Paşayeva 2020-ci il Vətən Müharibəsində və 2016-cı il Aprel Döyüşlərində iştirak etmiş qəhrəman şəhid tankçımızın ailəsi ilə görüşüb.

 

Versus.Az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Lerik rayon sakini, Vətən Müharibəsinin şəhidi, gizir Cəlal Ağayevin atası Ağaverdi Xanverdi oğlu Ağayevlə Mədəniyyət Komitəsində görüşüb.

 

Millət vəkili igid hərbçinin həyat və döyüş yolu ilə yaxından tanış olub, ürək sözlərini bölüşüb:

 

“Şəhid ailələri bizimçün çox dəyərlidir. İşğalçı düşmən üzərində qələbəyə görə təbrik və təşəkkürü ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Vətən uğrunda canını fəda etmiş igid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik! Biz bilirik ki, Cəlal Ağayev 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. Tankçı oğlunuz Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərkən öz vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə, habelə respublika ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə “İgidliyə görə” medalı ilə təltif edilib. Cəlal Ağayev kimi hərbçilərimizlə hər zaman qürur duyacağıq! Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan Dəmir Yumruğu işğalçıları layiqli şəkildə cəzalandırıb. Tarixi zəfər münasibəti ilə Sizə Mədəniyyət Komitəsi adından bir daha təbrik və təşəkkürlərimizi yetirirəm”!

 

Şəhid tankçının atasına Komitə adından Məktub təqdim edilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri: YAP buraxılmalıdır

“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

“İMZA” - İlhamla Mehribanla Zirvələrə

“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

“İMZA”çılar Füzuli və Horadizdə şəhid ailələrini ziyarət ediblər

“Xocalı irsi” adlı elektron TƏQDİMAT

"Moskva vəziyyəti gərginləşdirməyə çalışır"

"Ermənistan daha bir hərbi cinayətə qol qoyur"

"Bu, iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək"

"Bu missiyanı bizim iqtidar öz öhdəsinə götürməlidir"

Yaqub Məmmədovun ÖMÜR SALNAMƏSİ

“Bu xəstələrə çiy meyvə və tərəvəz qəbulu məsləhət görülmür”

“8 Noyabr” stansiyası istismara hazırlanır

Millət vəkilindən toy mərasimləri ilə bağlı TƏKLİF

"Qarabağı verdi, indi də Rusiyanı Qafqazdan çıxartmaq istəyir"