Neymar “Barselona” ilə oyunlarda iştirak etməyəcək


PSJ-nin hücumçusu Neymar Fransa kobokunun 1/32 final mərhələsində “Kann”a qarşı matçda zədələnib.
Sports.ru portalının məlumatına görə, futbolçu zədə səbəbindən Çempionlar Liqasının 1/8 mərhələsi çərçivəsində keçiriləcək “Barselona” ilə qarşılaşmanı buraxacaq.
Onun zədəsinin sağalması üçün təqribən dörd həftə vaxt lazım olacaq. Bu isə o deməkdir ki, böyük ehtimalla, braziliyalı “Barsa” ilə cavab görüşündə də iştirak edə bilməyəcək.
Qeyd edək ki, “Barselona” – PSJ matçı fevralın 16-da baş tutacaq. Cavab oyunu isə martın 10-da keçiriləcək.
Xəbər lenti

Bu gün qadınlar bayramıdır
Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb