Kəfəndən ölən uşaqların cəsədi yerinə gəlinciklər tapdı

07:30 12-02-2021 | icon 254 | Maraqlı
Kəfəndən ölən uşaqların cəsədi yerinə gəlinciklər tapdı

Dağıstanda ölü doğulan uşaqlarını dəfn edən ata tabutda cəsədlər yerinə kəfənə bükülmüş gəlinciklər tapıb.

 

Bu barədə “BAZA” “Telegram” kanalı xəbər yayıb.

 

Davud Davudov “cəsədlərin” Stavropol şəhərində perinatal mərkəzdən verildiyini bildirib. Ona orada yeni doğulan övladlarının öldüyünü deyiblər. O da, uşaqları dəfn etmək üçün Dağıstana yollanıb.

 

“Uşaqlarım doğuldu. Onları dəfn etmək üçün Dağıstana gətirdim. Kəfəni açdım və baxın nə gördüm. Burada oyuncaqlar var. Əsl gəlinciklər. Deməli övladlarım sağdır?”, - deyə kişi bununla bağlı sosial şəbəkədə yaydığı videoda bildirib.

 

Kişinin sözlərinə görə, Stavropolda  doğum evində onun arvadını bir sıra insanlar əhatəyə alıb. Qadına uşaqlarının öldüyünü dedikdən sonra, körpələri yuyacaqlarını və bütün ayinləri yerinə yetirəcəklərinə söz veriblər. Sonra isə kəfəndə veriblər, taksiyə mindirib, evə yollayıblar.

 

Regional DİN-in mətbuat xidməti insident faktını təsdiqləyib, lakin əlavə təfərrüat verməyib.

 

Stavropol rəhbəri Vladimir Vladimirov isə yayılan videonun saxta ola biləcəyini deyib. Onun sözlərinə görə, Dağıstan sakini uşaqlarının dəyişdirildiyi barədə polisə müraciət edib. Lakin 1 saylı perinatal mərkəzdə onların göstərdiyi adda adam olmayıb. Həmçinin iki ölüm barədə hadisə qeydə alınmayıb.

 

Sonradan məlum olub ki, Davudovun arvadı ümumiyyətlə hamilə olmayıb. Əri uşaq istədiyi üçün qadın tərk edilmək qorxusu ilə belə bir yalana əl atıb. Laura doqquz ay özünü hamilə kimi göstərə bilib, doğum vaxtı gəldikdə isə anevrizma barədə hekayə düşünüb. O, qohumlarına təhlükəli ola biləcəyi üçün uşaqların cəsədlərini açmamağı tapşırıb.

 

Müstəntiqlər hazırda Laura ilə söhbətlər aparırlar, bir müddət sonra isə o, psixiatrik ekspertizadan keçəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri: YAP buraxılmalıdır

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

“İMZA” - İlhamla Mehribanla Zirvələrə

“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

“Xocalı irsi” adlı elektron TƏQDİMAT

“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

"Moskva vəziyyəti gərginləşdirməyə çalışır"

MCP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

"Ermənistan daha bir hərbi cinayətə qol qoyur"

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

ALDP-dən beynəlxalq təşkilat və dövlətlərə XOCALI ÇAĞIRIŞI

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

"Bu, iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək"

“8 Noyabr” stansiyası istismara hazırlanır