"“Dəmir tumruq” yalnız 44 gün üçün deyil"

11:45 12-02-2021 | icon 187 | Siyasət
"“Dəmir tumruq” yalnız 44 gün üçün deyil"

Zahid Oruc: “Siyasi vəzifə tutan nazirlər and içsinlər”

 

“İndi Şuşa və bütün Qarabağ hər bir hakimiyyət təmsilçisinin fəaliyyətini qiymətləndirmək üçün bir barometrə çevrilib. Lakin bir qism siyasət, media və şəbəkə adamlarının dövlət başçısının məqsədlərini təhrif edərək, “bütün məmurlara nifrət” yağdırması, ölkəmizi məğlub Ermənistanın hakimiyyəti ilə az qala bir sırada göstərməsi yolverilməzdir”. 

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc bildirib. 

 

O bildirib ki, kimsə külli miqdarda dövlət vəsaitini mənimsəyibsə, o, əməllərinə görə cavab verəcək:

 

“Lakin yüksək çinli məmurları tənqid edərkən on illər ərzində əldə olunan bütün uğurları inkar etmək, xüsusilə də Vətən müharibəsində qələbəmizə zərbə vurmaq qəbuledilməzdir. Üç-beş nazir dövlət demək deyil. Dünyada belə analogiya yoxdur. Bir nazir ucbatından on minlərlə dövlət qulluqçusunu oğru, quldur, talançı adlandıranlar Qarabağ məsələsi həll olunduğu üçün son silaha - məmur məsələsinə əl atıblar”, - deyə Z.Oruc əlavə edib.

 

Z.Oruc təklif edib ki, ABŞ-ın dövlətçilik ənənəsində əsrlərdir davam edən, bizdə də siyasi vəzifə tutan nazirlər də hakimlər və dövlət qulluqçuları kimi and içsinlər.

 

“Eyni zamanda, Dövlət Qulluğuna dair Yeni Məcəllə qəbul edilsin. Əslində “dəmir tumruq” yalnız 44 gün üçün deyil. O, “Qalib əl” həmişə qüvvədə olacaq: Qarabağa “Böyük qayıdış”da da, təmiz-şəffaf idarəçiliyin və ictimai ədalətin bərqərar olunmasında da”, - deyə o, fikrini yekunlaşdırıb. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

““5-ci kolon”-un Qarabağdakı erməni qohumlarını silib-süpürəcəyik” - MÜSAHİBƏ

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

"Xalqın pulunu talayacaqlar, sonra da bağışlanacaqlar?"

Diareya – ishal barəsində nələri bilmirik?

“Növbəti xəyanətin qarşısını almalıyıq” - MÜSAHİBƏ

MCP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

Soyqırımını dünyaya tanıtmaqda davam etməliyik

Dünyasını dəyişdirən, arzusunu gerçəkləşdirən Şuşa fatehi

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar BƏYANAT

ALDP-dən beynəlxalq təşkilat və dövlətlərə XOCALI ÇAĞIRIŞI

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

Bakıda çovğun olacaq - XƏBƏRDARLIQ

Koronavirusa yoluxanların sayı yenidən 200-ü keçdi