Millət vəkili şəhid Elbrus Yusifovun həyat yoldaşı ilə görüşüb

12:35 12-02-2021 | icon 193 | Cəmiyyət
Millət vəkili şəhid Elbrus Yusifovun həyat yoldaşı ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayon, Ağdam kənd sakini, Vətən Müharibəsinin şəhidi Elbrus Şəmsi oğlu Yusifovun həyat yoldaşı Günay Elşən qızı Yusifova ilə Mədəniyyət Komitəsində görüşüb.

 

Versus.Az xəbər verir ki, millət vəkili şəhid ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:

 

“Əziz Günay xanım, Sizin həyat yoldaşınız Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda edib. İşğalçı düşmən üzərində qələbəyə görə təbrik və təşəkkürü ən çox Siz şəhid ailəsi üzvləri haqq edirsiz. Biz siz şəhid ailəsi üzvlərinə çox minnətdarıq! Şəhidimizin əziz ruhu qarşısında dərin ehtiramla baş əyirik! Elbrus Yusifov müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi quluqçusu idi. Kəşfiyyatçı kiçik çavuş Elbrus Yusifov 2020-ci ilin iyulundakı Tovuz döyüşlərinin də iştirakçısı olub. Vətən Müharibəsində isə Murov yüksəkliyinin azad olunmasında iştirak edib və həmin ərazidə şəhid olub. Sizin iki övladınız var; inanırıq ki onlar atalarının adına layiq böyüyərək layiqli övlad və Vətənimiz üçün layiqli vətəndaş olacaq. Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Tarixi zəfər münasibəti ilə Sizə Mədəniyyət Komitəsi adından bir daha təbrik və təşəkkürlərimizi yetirirəm”!

 

Şəhidin həyat yoldaşına Komitə adından Məktub təqdim edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri: YAP buraxılmalıdır

“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

“İMZA”çılar Füzuli və Horadizdə şəhid ailələrini ziyarət ediblər

“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

“Bu xəstələrə çiy meyvə və tərəvəz qəbulu məsləhət görülmür”

Yaqub Məmmədovun ÖMÜR SALNAMƏSİ

"Bu, iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək"

"Bu missiyanı bizim iqtidar öz öhdəsinə götürməlidir"

Partiya sədri əlillərin müdafiəsinə qalxdı

"Bəzi siyasilər kamera görən kimi aktyorluq edirlər"

Millət vəkilindən toy mərasimləri ilə bağlı TƏKLİF

"Qarabağı verdi, indi də Rusiyanı Qafqazdan çıxartmaq istəyir"

Ərəb mətbuatı azərbaycanlı şərqşünasın məqaləsini yayıb

Nuru Paşanın haqq dünyasına qovuşduğu gün

"...Bundan sonra vahid jurnalist vəsiqəsi tətbiq edilməlidir" - MÜSAHİBƏ